Rusiya təhdidi: F-16 qırıcılarının istismar müddəti artırıldı


Danimarka F-16 qırıcı təyyarələrinin istismar müddətini üç il artırıb. Novator.az-ın məlumatına görə, ölkənin müdafiə naziri Morten Bodskov bunu Rusiyanın Avropaya qarşı təhdidləri ilə izah edib.
Nazir bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynada apardığı müharibə Avropanı və təhlükəsizliklə bağlı durumu ciddi surətdə dəyişib.

NATO üzvü olan Danimarka F-16 qırıcı təyyarələrini 2024-cü ildə istismardan çıxarmağı, onları “Lockheed Martin” şirkətindən alınmış F-35 qırıcı təyyarələri (“Lightning” qırıcıları) ilə əvəzləməyi planlaşdırırdı.
Lakin Morten Bodskov F-16 qırıcılarının 2027-ci ilə qədər istismarda qalacağanı, 27 ədəd yeni F-35 təyyarələrinin isə mərhələli şəkildə uçuşa buraxılacağını söyləyib.
Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, F-16 təyyarələrinin istismar müddətinin uzadılması yanacağa, ehtiyat hissələrə və uçuş heyətinə çəkiləcək xərclər daxil olmaqla 156 milyon dollara başa gələcək.
Müdafiə naziri Morten Bodskov vurğulayıb ki, hazırda NATO məkanının şərq cinahının müdafiəsi həmişəkindən daha aktualdır: “Məhz bu səbəbdən biz F-16 qırıcılarının döyüş imkanlarını genişləndirmək, yeni F-35-ləri isə mərhələli şəkildə uçuşa buraxmaq qərarına gəlmişik”.
F-16 qırıcıları 1980-ci ildən bəri Danimarka Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarələridir. 2016-cı ildə hökumət F-35 qırıcıları almaq üçün 3 milyard dollarlıq müqavilə bağlayıb. F-35-lərin ilk partiyasının Danimarkaya 2023-cü ildə çatdılacağı gözlənir.
Tarix: 23-06-2022, 14:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}