Bölgədə gərginlik pik həddə - ABŞ və Çin liderləri görüş qərarı verdi


 
Ağ Ev Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çinin adaya hərbi təhdidlərinin artmasına qarşı bölgədəki hərbi varlığını və fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Hind-Sakit Okean üzrə koordinatoru Kurt Kempbell açıqlama verib.
“Pekinin sabitliyi pozmaq cəhdlərinə qarşı Tayvanı dəstəkləmək üçün sakit və qətiyyətli addımlar atmağa davam edəcəyik”, - amerikalı diplomat bildirib.
Kempbell söyləyib ki, ABŞ bu addımların bir hissəsi olaraq önümüzdəki həftələrdə Tayvan boğazından standart hava və dəniz keçidlərini davam etdirəcək.
Ağ Ev rəsmisi önümüzdəki günlərdə Tayvanla ticarətdə yeni yol xəritəsini təqdim edəcəklərini də açıqlayıb: “Bölgədəki varlığımız, mövqeyimiz və addımlarımızla Pekinin təxribatçı və sabitliyi pozan davranışlarına qarşı Qərbi Sakit okeanda sabitlik yaratmağa çalışacağıq”.
Digər tərəfdən, Kurt Kempbell ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında üzbəüz görüş planlaşdırıldığına dair iddianı təsdiqləyib. İyulun 28-də liderlərin telefon danışığı zamanı mümkün təkbətək görüşün gündəmdə olduğunu qeyd edən Kempbell tərəflərin görüşün təfərrüatlarını müəyyən etmək üçün çalışdıqlarını bildirib.
“Wall Street Journal” dünənki xəbərində Çin lideri Cinpinin oktyabrda amerikalı həmkarı Baydenlə görüşməyi planlaşdırdığını iddia etmişdi.
Tarix: 13-08-2022, 22:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}