“URALA QƏDƏR DİRİ HEÇ NƏ QALMAZ!" – Rusiyanın hədələrinə ŞOK CAVAB




“4 adi Ukrayna təyyarəsi Dneprin sağ sahilindəki bütün “S-300” və “S-400”-ləri yer üzündən sildi”
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç Rusiyanın son zamanlar tez-tez əl atdığı şantaj vasitələrinin effekt verməyəcəyini bildirib. 
O, qeyd edib ki, Kremlin nüvə şantajı, taxıl şantajı, yaxud Suvalsk dəhlizinin(Belarusu Kalininqradla birləşdirməli olan və Polşa, Litva ərzilərindən keçən dəhliz-red.) ələ keçiriləcəyinə dair hədə-qorxuları mənasızdır.
“AzPolitika.info” xəbər verir ki, "Feyqin LIVE"-da danışan Arestoviç deyib ki, Rusiyanın şantajları keçməyəcək: “Nüvə şantajı ilə məşğul olmaq üçün tam axmaq olmalısan. Taxıl şantajı keçmədi, nüvə şantajı təşkil etmək qərarına gəldilər”.



Arestoviç Rusiya ordusunun strateji idarəçilik böhranı yaşadığını bildirib və Xersonda gedən döyüşlərlə bağlı maraqlı fakt açıqlayıb: “Adi bir misalı xatırladım. 1986-cı ilin köhnə raketlərini daşıyan 4 adi Ukrayna təyyarəsi Dneprin sağ sahilindəki bütün “S-300” və “S-400”-ləri yer üzündən sildi. Sıfırladılar! Bu, cəmi 4 adi Ukrayna təyyarəsidir. NATO lazım gəlsə, bir hava zərbəsində havaya 2100 ədəd təyyarə qaldıra bilər. Hansı Suvalsk dəhlizindən danışırlar? Urala qədər diri heç nə qalmaz, mən hərbi texnika və qüvvələri nəzərdə tuturam. 3 sutka ərzində ümumiyyətlə, heç nə qalmayacaq. Siz kimi hədələyirsiniz?”
Ekspert bildirib ki, Putin rejiminin böyük fəlakəti artıq qaçılmazdır.
Tarix: 13-08-2022, 22:25




Xəbər lenti

{sape_links}{sape_article}