“Bu, zəiflik və uğursuzluq əlamətidir - ABŞ səfiri




“Rusiyada səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumlar Rusiya Federasiyasının zəifliyinin əlamətidir. Bu, eyni zamanda Rusiyanın açıq müharibədə uğursuzluğunun da göstəricisidir”.
Bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink öz “Twitter” hesabında yazıb.
“Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyinin, uğursuzluğunun əlamətləridir. ABŞ Rusiyanın Ukrayna ərazisini ilhaq etmək iddialarını heç vaxt qəbul etməyəcək”, - deyə diplomat qeyd edib.
Bundan əlavə, Brink vurğulayıb ki, ABŞ nə qədər lazımdırsa, o qədər də Ukraynaya dəstəyini və köməyini davam etdirəcək.
Tarix: 22-09-2022, 07:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}