Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib





Rusiya 200 hərbi əsiri ukraynalı milyarderə dəyişdi — 5 komandir Ərdoğanın himayəsində qaldı 



UNİAN-ın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması – Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.

Ukraynanın Mariupol şəhərinin müdafiəsinə rəhbərlik edən beş zabit bu ölkə müharibədə qələbə çalana qədər dövlət Türkiyənin dövlət başçısı Rəcəb Ərdoğanın şəxsi himayəsi altında Türkiyədə olacaq.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Zelenski Ukraynanın Türkiyə ilə razılaşdığını və beş komandirin müharibənin sonuna qədər tam təhlükəsiz, rahat şəraitdə və Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi altında olacağını vurğulayıb.

“Biz onlara ailələri ilə görüşmək imkanı yaradacağıq”, – Ukrayna Prezidenti vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə onlar bu hərbçilərdir: Denis Prokopenko, Svyatoslav Palamar, Sergey Volınski, Oleq Xomenko və Denis Şleqe.

Əsir mübadiləsi Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə aparılıb.


Tarix: 22-09-2022, 08:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}