Kremlin “dəmir kukla”sı da dünyanı hədələdi... - “Bütün dünya məhv olacaq”




“Liz Truss Rusiyanı məğlub etməyə çalışaraq, nüvə müharibəsi riskini artırır. Ancaq bunu bilin ki, Rusiyanı nüvə silahı olmadan məhv etmək mümkün deyil”.
“AzPolitika.info” xəbər verir ki, bunu Kremlin təbliğatçısı, “dəmir kukla” ləqəbli aparıcı Olqa Skabeyeva Rusiyanın “Birinci kanal”ında yayımlanan siyasi proqramda deyib.
Britaniya və Qərbin “Armageddon”la (Dini inanclara görə, dünyanın sonunu gətrəcək savaşa verilən ad- red.) üz-üzə qalacağı ilə bağlı xəbərdarlıq edən Skabeyeva bildirib ki, Moskvaya qarşı bütün təhdidlər sonda dünyanın məhvinə səbəb olacaq: “Onlar nə istəyirlər? - Onlar Rusiya üzərində qələbə qazanmaq istəyirlər. Ancaq bunu bilməlidirlər ki, nüvə silahı olmadan Rusiyanı məğlub etmək mümkün deyil. Biz ölkəmizin məhv olmasına imkan verməyəcəyik. Bizi məhv etməyə cəhd etsəniz, siz də bizimlə birlikdə məhv olacaqsınız. Növbəti addımımız Kiyevdə, Londonda, Vaşinqtondakı mərkəzləri vurmaq oalcaq”.
“Nüvə müharibəsinin qarşısını almaq üçün nə edirsiniz, yoxsa artıq qərar verilib? Onlar dayanmasalar, bu, reallığa çevriləcək. Kollektiv Qərbin məqsədi nədir? - Ukraynanın qələbəsinə və Rusiya Federasiyasının məğlubiyyətinə nail olmaq”,- Skabeyeva bildirib.
O, xəbərdarlıq edib ki, Əgər Rusiya küncə sıxışdırılsa, bütün dünya məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq: “Onlar buna nail olmağa çalışırlar? Putin bunu açıq şəkildə söylədi. Biz təhdid etmirik, müharibə istəmirik. Amma siz bizim məhv olacağımızı iddia edirsinizsə, biz də sizi məhv etməli olacağıq. Necə deyərlər, başqa variant yoxdur. Bunu niyə başa düşmürlər? Yaxşı, ümid edirəm ki, orada adekvat insanlar var və məntiqli qərarlar verə bilirlər. Amma düzünü desəm, son vaxtlar bu barədə ciddi şübhələrim var”.
Tarix: 24-09-2022, 13:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}