İran-İsrail qarşıdurması: müharibə olacaq? - ŞƏRH


Son günlər İran və İsrail arasında münasibətlərdə gərginlik artıb. Belə ki, Suriyada İsrailin iranlı polkovniki məhv etməsindən sonra buna cavab olaraq, Yerusəlimdə iki terror aktı baş verib. Tərəflərin bir-birinə zərbələr endirməsi nə vəd edir? Mövcud gərginlik müharibəyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Bakupost.az-a açıqlama verib. O, iki ölkə arasındakı gərginliyin artacağını qeyd edib:


“Ancaq yaxın zamanlarda açıq müharibə olacağına inanmıram. Bu, yeni bir hadisədeyil. İran və İsrail arasındakı münasibətlər hər zaman gərgin olub. Təəssüflər olsun ki, bu nisbi gərginlik İranın siyasəti fonunda uzunmüddətli ola bilər”.

İ.Vəlizadə regionda baş verənlərlə bağlı Azərbaycanın mövqeyi barədə də fikir bildirib:

“Azərbaycan həmişə praqmatik mövqedən çıxış edib. Digər ölkələrin işlərinə qarışmır, bu məsələdə də daha çox neytral mövqedə dayanmağa çalışır. Biz hər zaman demişik ki, Azərbaycan ərazisindən digər ölkələrə heç bir təhdid olmayacaq. Son vaxtlar İranın Azərbaycana qarşı qərəzli mövqe tutduğunu müşahidə edirik. Amma yenə də Azərbaycanın praqmatik mövqeyi bundan ibarətdir ki, biz regionda əlavə gərginlik istəmirik və bunun üçün heç bir şərait yaratmayacağıq”.
Tarix: 24-11-2022, 15:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}