Bəzi ölkələr bizə gizli olaraq silah yardımı edir, amma bunu rəsmən etiraf etmir...

Bəzi ölkələr bizə gizli olaraq silah yardımı edir, amma bunu rəsmən etiraf etmir...
"Belə hallarda Ukrayna silahı birbaşa deyil, üçüncü ölkələr vasitəsilə əldə edir..."
"Ukraynaya silah tədarükünü yalnız üç ölkə-İsrail, İsveçrə və Cənubi Koreya rəsmən inkar edir..."
 
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "bəzi ölkələr" onun ölkəsinə hərbi yardım göstərir, eyni zamanda, belə tədarüklərdə əli olduqlarını açıq şəkildə inkar edir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Fransanın "Parijanin" qəzetinə müsahinəsində bəyan edib.
 
"Belə hallarda Ukrayna silahı birbaşa deyil, başqa ölkələr vasitəsilə əldə edir". 
 
Nazirin sözlərinə görə, bu "başqa ölkələr" təkcə öz silahlarını vermir, həm də "üçüncü ölkələr"lə işləyərək, onlardan texnika alaraq, sonra Ukraynaya ötürür.
 
"Bu üçüncü ölkələrin əksəriyyəti bəyan edir ki, heç nə tədarük etmir, amma pərdə arxasında nələrsə baş verir", - o, izah edib.
 
Təbii ki, bu ölkələrin adlarını Kuleba xatırlatmayıb, bunu jurnalistlər və oxucuların ixtiyarına buraxıb. 
 
Variantlar isə o qədər də çox deyil. Ukraynaya silah tədarükünü açıq şəkildə yalnız üç ölkə-İsrail, İsveçrə və Cənubi Koreya inkar edir.
 
Hər üç ölkə ukraynalılara "humanitar" yardım göstərdiklərini gizlətmir, lakin rəsmən elan edir ki, Kiyevə hərbi yardım göstərmir.
 
Son zamanlar belə siqnallar daxil olur ki, İsrail Rusiya-İran arasında müdafiə sahəsində əlaqələr fonunda ukraynalılara hansısa hərbi yardım göstərməyə başlayıb.
 
Hətta iki ölkə arasında diplomatik ixtilafların, BMT-də İsrail əleyhinə səsvermənin yalnız "görünüş üçün" olduğunu iddia edənlər də var.
 
İstisna deyik ki, Kuleba "gizli silah tədarükü" barəsində fikirlərini Kremldə şübhələr yaratmağa və "inadkar yarımmüttəfiqləri" Rusiyanın qəzəbinə düçar etmək üçün düşünüb.
Tarix: 27-11-2022, 22:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}