Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarına qarşı korrupsiya ittihamı irəli sürülüb

Ukrayna Baş Prokurorluğu fevralın 1-də ordu üçün dövlət satınalmalarında korrupsiya faktı ilə bağlı Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarına qarşı istintaq aparıldığını bildirib. Ukraynada oliqarx İqor Kolomoyski və Ukraynanın sabiq daxili işlər nazirl Arsen Avakovun evlərində axtarışlar aparılıb.
Müdafiə Nazirliyi istintaqın Dövlət Satınalmalar şöbəsinin keçmiş direktor müavini Boqdan Xmelnitski, müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalov və “Promoboroneksport” dövlət müəssisəsinin keçmiş müdir müavini Vladimir Tereşçenko barədə aparıldığını bildirib.
“Ukrainska Pravda”nın yazdığına görə, adları çəkilən şəxslərin hamısı şübhəli bilinib. Ukrayna cinayət-prosessual məcəlləsində bu, hətta ittiham irəli sürülməzdən əvvəl işin təhqiqatının ilkin mərhələsidir.
“Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiya Ukraynanın Vergi Xidmətində aparılan axtarışları, Müdafiə Nazirliyinin rəsmilərinə şübhəli mesajların çatdırılmasını, Kolomoyskinin “Ukrnafta” şirkətindəki yoxlamaları və Avakovla bağlı axtarışları, deputat və iş adamı Vadim Stolarin qadağan olunmuş “Müxalifət Platforması – Həyat naminə” partiyasında aparılan axtarışları təsdiqləyib.
Araxamiya sosial şəbəkələrdə “Ölkə müharibə zamanı dəyişəcək. Əgər kimsə dəyişikliyə hazır deyilsə, o zaman dövlət özü onların dəyişməsinə yardım edəcək” deyib.
“Ukrainska pravda” yazır ki, Boqdan Xmelnitski 107,7 milyon qriven (təxminən 3 milyon dollar) məbləğində dövlət vəsaitini mənimsəməkdə və silahlı qüvvələrə 5700 ədəd aşağı keyfiyyətli gülləkeçirməyən gödəkçə verməkdə ittiham olunub.
Nəşrin məlumatına görə, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin müəyyən bölmələrini 1 milyard qrivnadan (27 milyon dollardan) çox dəyərdə fərdi mühafizə vasitələri ilə təchiz etməməkdə şübhəli bilinib.
“Ukrainska Pravda” Tereşçenkonun sui-istifadə və vəzifə saxtakarlığı yolu ilə 1,3 milyon dollar dövlət vəsaitini ələ keçirməkdə şübhəli bilindiyini yazıb. Hazırda o, Ukrayna Müdafiə Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin rəis müavinidir.
Amerikanın səsi
Tarix: 2-02-2023, 21:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}