Türkiyə xəbərdarlıq etdi, Norveçdə Quranın yandırılması aksiyası ləğv olundu

Türkiyə xəbərdarlıq etdi, Norveçdə Quranın yandırılması aksiyası ləğv olundu
Fevralın 3-də Norveçdə keçirilməsi planlaşdırılan Qurani_kərimin yandırılması aksiyası ləğv olunub.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Sabah Norveçdə müqəddəs kitabımız Qurana qarşı hücum olacağını öyrəndikdən sonra Norveç səfirini nazirliyimizə çağırdıq. Aksiya üçün verdikləri icazəni ləğv etdilər”, -deyə o, bildirib.
Qeyd edək ki, bu gün Norveçin Ankaradakı səfiri Erlinq ŞonsbergTürkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata bildirilib ki, açıq-aşkar nifrət cinayəti olan təxribat xarakterli əməl qətiyyətlə pislənir və Norveç hökumətinin buna münasibəti qəbuledilməzdir.
Məhz Türkiyə XİN-in xəbərdarlığından sonra Oslo aksiyaya verdiyi icazəni ləğv edib.
Mənbə: Haber Global
Tarix: 3-02-2023, 08:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}