Ukrayna Rusiyanın 25 mln. dollarlıq "Bayraktar qatili"ni milçək kimi məhv etdi...-FOTO+VİDEO

Ukrayna Rusiyanın 25 mln. dollarlıq
Kompleks rus qoşunlarını qoruyur və düşmənin strateji əhəmiyyətli obyektlərini mühafizə edirdi.
Ukraynalı topçular Rusiya müdafiə sənayesinin fəxri sayılan 25 milyon dollarlıq "Tor-M2DT" Arktika hava hücumundan müdafiə sistemini məhv ediblər.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin generalı Aleksey Almazov adına 406-cı əlahiddə artilleriya briqadasının mətbuat xidməti məlumat yayıb.
 
“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin general-horunji(general-mayor-S.L.) Aleksey Almazov adına əlahiddə artilleriya briqadasının artilleriyaıları Rusiya müdafiə sənayesinin qüruru, “Bayraktarların qatili” sayılan "Tor-M2DT" Arktika hava hücumundan müdafiə sistemini məhv ediblər"- bəyanatda belə deyilir.

Həmçinin qeyd edilib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin yalnız Şimal Donanmasının sahil qoşunlarının  80-ci motoatıcı briqadasında belə komplekslər var. "Tor-M2DT" zenit raket kompleksləri ilk dəfə 2022-ci ilin dekabrında Ukrayna ərazisinə daxil olub.
 
Kompleksə rus qoşunlarını qorumaq və düşmənin strateji əhəmiyyətli obyektlərini mühafizə etmək vəzifəsi həvalə edildi.
 
Ümumiyyətlə, Rusiya oxşar modifikasiyalı 12 komplekslə silahlanıb. Onlar -50 dərəcə şaxtaya qədər temperatur aralığında işləyə bilirlər.
 
Tarix: 3-02-2023, 09:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}