“Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə bilərəm”


“Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə bilərəm”

Türkiyədə prezidentliyə namizəd olan Məmləkət Partiyasının sədri Muharrem İnce Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun xeyrinə seçkilərdən geri çəkilə biləcəyini açıqlayıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasətçi bu addımı Türkiyənin birliyi üçün ata biləcəyi ilə əlaqələndirib.
“İkinci tura mən və Kamal bəy çıxsaq, həqiqətən də çox əyləncəli situasiya yaranacaq. Mən təvazökar, qədir-qiymət bilən insanam. Bu məmləkəti hər kəsdən çox sevən biriyəm. Heç kim narahat olmasın. Lazımi məqamda nə lazımdırsa, edərəm. Vəziyyəti dəyərləndirirəm. Özüm üçün deyil, Türkiyə üçün bu addımı ataram. Zamanı gələndə geri çəkilməyi bilirəm. Kamal bəyin xeyrinə çəkilərəm”, - deyə İnce bildirib.
Qeyd edək ki, Muharrem İncenin partiyası seçkilərdə Millət İttifaqının tərkibində deyil, təkbaşına iştirak edəcək.
Millət İttifaqına Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxildir. Sözügedən ittifaqın namizədi isə K.Kılıçdaroğludur.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək. Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin sözlərinə görə, birinci tur nəticəsiz qalarsa, ikinci tur mayın 28-i baş tutacaq.
Tarix: 17-03-2023, 11:37
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}