Kılıçdaroğlu prezident olarsa... - Rusiyaya Türkiyənin NATO üzvü olduğunu xatırladacaq...

Kılıçdaroğlu prezident olarsa...
“Müxalifət seçkilərdə qalib gəlsə, Ankara da Moskva ilə bərabərhüquqlu münasibətlərə can atacaq”.
Siam.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bunu Türkiyədə keçirilən ümumi seçkilərdə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz bildirib. Onun sözlərinə görə, qalib gəlsə, müxalifət Rusiyaya NATO üzvü olduğunu xatırladacaq.

Bundan əlavə o, qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcək. Siyasətçinin vurğulayıb ki, hakimiyyətə gəlsələr, Moskva ilə “bərabər münasibətlərə” can atacaqlar.

Türkiyənin "Yeni Şafak" qəzetinin xəbərinə görə, Çeviköz "Rusiya ilə danışıqlarda, şübhəsiz ki, bərabərhüquqlu münasibətlərə can atacağıq. Amma biz Rusiyaya Türkiyənin NATO üzvü olduğunu da xatırladacağıq" deyə söylərib.

Siyasətçi onu da əlavə edib ki, müxalifət İsveç və Finlandiyanın NATO-ya üzv olmasına mane olmayacaq.

Xatırladaq ki, Türkiyədə ümumi - parlament və prezident seçkiləri mayın 14-nə təyin edilib. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı.

Qeyd edək ki, dövlət başçısının əsas rəqibi müxalifətdə olan “Xalq Alyansı”ndan vahid namizəd Kamal Kılıçdaroğlu olacaq.
Tarix: 18-03-2023, 21:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}