Girkin üzərindən Putinə qarşı qurulan ssenari: - Rusiyada “dərin dövlət” hərəkətə keçib
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin və Prezident Vladimir Putinin əleyhinə Rusiya ərazisində qarşı çıxanlar sərt şəkildə cəzalandırılırlar. Müharibənin başlamasından keçən 13 ay ərzində yüzlərlə belə şəxs həbs olunub, işgəncələrə məruz qoyulub. Hətta Putini və müharibəni tənqid edənlərdən bəziləri ölü tapılıb ki, ekspertlər bu ölümlərin Kreml tərəfindən həyata keçirilən qətl olduğunu iddia edirlər.
Bu günlərdə FSB-nin sabiq əməkdaşı İqor Girkin (Strelkov) Prezident Putini təhqir edib. Putini “tryapka” adlandıran Girkin ona “kəs səsini”, “yum ağzını” kimi sərt sözlərlə xitab edib. Maraqlıdır ki, Girkin hələ ki, cəzasız qalıb.
Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiyada yaşayan Girkin zahirən ölkədə hər şeyi və hər kəsi özünə tabe etdirmiş kimi görünən qəddar diktator haqqında rahatlıqla bu sözləri deyə bilirsə, deməli, nəyəsə (kiməsə) güvənir: “FSB-nin keçmiş zabiti olduğunu nəzərə alsaq, onun məhz bu güc strukturu tərəfindən himayə olunduğu və yönləndirildiyi qənaətinə gəlmək olar”.
“Ölkədə hər nə qədər başında Putinin durduğu sərt, mərkəzləşdirilmiş idarəçilik vertikalı mövcud olsa da, Rusiya Federasiyası bir nəfərin şəxsi taleyindən asılı olmayacaq qədər nəhəng və önəmli bir dövlətdir. Bu dövlətin korrupsiya və digər səbəblərdən deqradasiyaya məruz qalsa belə, köklü dövlət qurumları var. FSB də bu qurumlardan biridir və ölkə daxilindəki ən güclü təhlükəsizlik strukturudur. Putini hakimiyyətə bu qurumlar gətirdi, onlar da aparacaq”, - deyə analitik vurğulayıb.
Cəfərlinin sözlərinə görə, Putin artıq Rusiya dövləti üçün ağır bir yükə çevrilməkdədir: “Son olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı və Rusiyanın BRİKS çərçivəsindəki önəmli tərəfdaşı olan Cənubi Afrika Respubikası hökumətinin Putinə avqustdakı zirvə toplantısına gəlməməsi yönündəki mesajı gözardı edilməyəcək dərəcədə ciddi hadisədir. Rusiya bu yükü daşıya bilməyəcək duruma gəldikdə, “dərin dövlət” Putini bir xərçəng şişi kimi cərrahi üsulla götürüb, kənara atacaq”.
“Düşünürəm ki, Girkin kimi adamların bu cür çıxışlarının spontan xarakterli deyil, Putinin ölkə içərisindəki xarizmasını cızmağa, onu ictimai rəydə gözdən salmağa yönəlmiş xüsusi xidmət əməliyyatı olması istisna deyil”, - deyə ekspert fikrini tamamlayıb. //AYNA//
Tarix: 22-03-2023, 09:42
-
Dünən, 22:49
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Dünən, 22:47
“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”
-
Dünən, 22:46
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
Dünən, 22:46
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
Dünən, 22:46
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Dünən, 22:46
"Veysəloğlu-yaycılı qardaşlar"a yenə cərimə yazıldı
-
Dünən, 22:42
İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
-
Dünən, 22:41
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. - İLGİNC İDDİALAR...
-
Dünən, 22:40
Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO
-
Dünən, 22:37
İcra başçısı şəhid ailəsinə pislik etdi
-
Dünən, 22:35
Cəbrayılda 14.5 milyon manata qeyri-yaşayış obyektləri tikiləcək
-
Dünən, 22:34
Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də... - ŞƏRH
-
Dünən, 22:32
Siyavuş Novruzov Əli Kərimlini debata çağırdı: Gəlsin, ona başa salaq... - VİDEO
-
Dünən, 22:09
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Dünən, 22:07
NATO Polşada nüvə qüvvələri yerləşdirir? – Stoltenberq açıqladı
-
Dünən, 22:02
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi
-
Dünən, 18:28
Narkotik artıq məktəblərə yol tapıb — Siyavuş Novruzov
-
Dünən, 18:22
Rusiya Xarkov sakinlərini qaçmağa məcbur etməyə çalışır - HESABAT
-
Dünən, 18:17
3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...
-
Dünən, 18:16
Tramp Ukraynanı "Rusiyanın bir hissəsi" adlandırdı - "The Wall Street"
-
Dünən, 18:12
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi
-
Dünən, 18:11
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
Dünən, 18:07
20 ildir buralara 20 santimetr də olsun asfalt tökülməyib... - Saleh müəllimin NƏZƏRİNƏ...
-
Dünən, 18:05
Bərdədə 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
-
Dünən, 18:03
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib - FOTO
-
Dünən, 15:18
Min il yaşayan icra başçısı
-
Dünən, 13:13
Bakının bu addımı Qərb agenturasını “təkərə” salıb: İbadoğlu əməliyyatının gerçək üzü
-
Dünən, 13:11
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi
-
Dünən, 12:09
İsmayıllıda Sahibkar od püskürdu:Məhkəmədə sübut tələb edəcəm-VİDEO
-
Dünən, 11:55
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
{sape_links}{sape_article}