Zelenski iranlılara müraciət etdi: “Niyə şər dövlətin tərəfindəsiniz?”


 
Zelenski: 1160 "Shahed"dən 900-ə yaxını Ukrayna qoşunları tərəfindən vurulub
Ukrayna Prezidenti Vladimir Zelenski iranlılardan niyə Rusiya terroruna şərik olduqlarını soruşub.
Rusiya terrorunun silahlarından biri – İran "Shahed"ləri barədə danışan Zelenski qeyd edib ki, Ukrayna əsgərləri bu PUA-ların əksəriyyətini məhv ediblər.  Ukrayna prezidenti birbaşa İran xalqına, cəmiyyətinə, üləmaya, hər bir iranlı ailəyə və İranda hökumət qərarlarına təsir edə bilən insanlara müraciət edib.
"Sadə bir sual: siz niyə Rusiya terrorunun şəriki olmalısınız? Niyə şər dövlətin tərəfindəsiniz? Dünya baş verənləri görür, siz hamınız İranda bunu görürsünüz. Şərə dəstəyi inkar etmək mümkün deyil", - Zelenski bildirib.
"İranın pilotsuz təyyarəsi hamilə ukraynalı qadını evində əri ilə birlikdə öldürəndə, tələbə yataqxanasını vuranda yanğın başlayır və insanlar ölürdü. Hadisə yerinə xilasedicilər çatanda ikinci bir "Shahed" hücumu baş verdi. İnsanların həyatını xilas edənlərin həyatını almağa. İran niyə belə rüsvayçı qətllərə səbəb olur?" - Zelenski soruşub.
Zelenski qeyd edib ki, bu, Rusiyanın əli ilə baş verir, amma yenə də İran silahları ilə.
"Bundan nə qazanırsınız, Tehranda, Şirazda, Saqqızda və ya ölkənin hər hansı başqa şəhərində yaşayan insanlılar? Təəssüf ki, dünyadan daha çox təcrid və daha çox problem. Əminəm ki, siz digər tərəfdə olmalısınız", - Ukrayna Prezidenti vurğulayıb.
Tarix: 25-05-2023, 09:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}