"Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində irəliləyib" - ISW


"Ukrayna qüvvələri Baxmut istiqamətində uğurla irəliləyir, prezident minnətdarlıq edib..."
 
"Rusiyanın informasiyaları çoxdandır ki, virtual xarakter daşıyır, həqiqəti bilmək istəyənlər Ukraynanın rəsmi xəbərlərini izləsin..."
 
Ukrayna qoşunları bir neçə istiqamətdə, o cümlədən Donetsk vilayətində uğur qazanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun yanında fəaliyyət göstərən Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) analitiklərinin növbəti hesabatında deyilir.
 
ISW Rusiya Müdafiə Nazirliyinin bu ərəfədə üzə çıxan məlumatına diqqət çəkib. Məlumatda deyilir ki, uyunun 4-də Ukrayna Silahlı Qüvvələri (USQ) Cənubi Donetsk istiqamətində cəbhənin beş hissəsində irimiqyaslı hücuma başlayıb, lakin uğursuzluğa düçar olub. 
 
Rusiyalılar raport verib ki, Ukraynanın hücumu Rusiya Birləşmiş Qoşun Qruplaşmasının  komandanı, Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun "bilavasitə idarəçiliyi" altında dəf edilib.
 
"Rusiya MN-nin Rusiya qoşunlarının Ukraynanın hücumunun dərhal qarşısının alınması barədə iddiası Rusiyanın bundan öncəki əkshücumlar zamanı verdiyi yalan bəyanatlara uyğundur. Hazırda güman edilir ki, Ukrayna qüvvələri, Rusiyanın inkar etməsinə rəğmən, müəyyən uğurlar qazanır.
 
Biz USQ-nin bu uğurlarının daha geniş hücum əməliyyatlarının bir hissəsi olub-olmamasına qiymət verməyəcəyik. Təkcə cəbhənin müxtəlif hissələrində döyüş fəallığının artmasını qeyd edək", - amerikalı hərbçilər qeyd edib.
 
ISW o cümlədən məlumat verib ki, dünən ukraynalılar Baxmutdan şimala və cənub-qərbə irəliləyib: Orexovo-Vasilyevka istiqamətində (Baxmutdan 11 km şimal-qərbə) 200-1600 metr, İvanovo (Baxmutdan 6 km qərbə) və Kleşşyovka idtiqamətində (Baxmutdan 7 km cənub-qərbə) 100-700 metr, həmçinin Jeleznyansk (Baxmutdan 13 km şimala) və Boqdanovka istiqamətində (Baxmutdan 8 km şimal-qərbə) 300 m-1 km irəliləyib.
 

 
"Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna  qüvvələrinə Baxmut istiqamətində "irəlilədiyinə" görə minnətdarlıq edib. 
 
"Vaqner qrupu"nun sahibi Yevgeni Priqojin bəyan edib ki, Ukrayna qüvvələri Berxovkanın (Baxmutdan 6 km şimala) bir hissəsini ələ keçirib və Rusiyanın hərbi komabdanlığını əvvəlcədən Rusiya qoşunlarını Berxovsk su anbarından çıxardığına görə tənqid edib", - ISW qeyd edib.
 
Cənub istiqamətində Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin qərb hissəsi və Zaporojye vilayətinin şərq hissəsində əkshücum əməliyyatları keçirib və məhdud taktiki uğurlar əldə edib.
 

 
Analitiklərin məlumatına görə, ukraynalılar Velikaya Novosyolkadan cənub-qərbə və Storojevoydan 1, 5 km şimal-qərbə irəliləyib, həmçinin Rusiya MN SQ-ni Novodonetskdən şıxışdırıb çıxarıb. Rusiya KİV-lərində iddia edilir ki, USQ Rovnopol və Neskuçnı yaxınlığında 500-3000 metr irəliləyib.
 
Ukrayna prezidenti Ofisi bəyan edib ki, Rusiya "hələ də mövcud olmayan qlobal hücumu dəf edir".
 
"Rusiyanın informasiyaları çoxdandır ki, virtual xarakter daşıyır. Rusiyanın milyonçu ordusu fəal surətdə hücumları dəf edir, minlərlə tank, yüzlərlə HIMARS və "F-16" eskadrilyası məhv edilir. Bir sözlə, döyüş davam edir", - bunu "Twitter"də Öfis rəhbərinin müşaviri Mixail Podolyak yazıb.
 
O, həqiqəti bilmək istəyənlərə Ukraynanın rəsmi xəbərlərini izləməyə çağırış edib.
Tarix: 6-06-2023, 22:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}