"İkinci dünya müharibəsindən ağır nəticələr alacaqsınız" - Putin Qərbi dağıdıcı savaşla hədələdi

img
Rusiya lideri Vladimir Putin ölkə parlamentində illik hesabat xarakterli çıxışında Avropanı açıq savaşla təhdid edib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin NATO-nun sərhədlərinə yaxınlaşmasından narahatlığını açıq ifadə edib.
O, İsveç və Finlandiyanın Alyansa üzvlüyündən söz açıb, bildirib ki, bu qərardan sonra ölkənin qərb sərhədinə əlavə və yüksək texnika ilə təmin olunmuş qoşun göndəriləcək.
Putin Makronun "Ukraynaya hərbçi göndərməyi müzakirə edirik" sözlərinə toxunaraq, deyib: "Əgər onlar buna cəsarət edərsə, dəhşətli nəticəsinə də hazırlıqlı olmalıdırlar. Çünki NATO ölkələri Ukraynaya qoşun yeridərsə, o zaman onları elə öz ölkələrində hədəfə alacaq silahlarımız işə düşəcək. Rusiya düşmən ərazisindəki hədəfləri vura biləcək silahlara malikdir, bunu hər kəs bilir və onu da bilməlidirlər ki, Rusiyaya güc tətbiqi xəyalına düşməyə cəhd edən hər kəs İkinci Dünya Müharibəsindən daha ağır nəticələrlə üzləşəcək".
Rusiya prezidenti çıxşının davamında nüvə silahlarından istifadənin mümkünlüyünə də işarə vurub.
Putin Rusiyanın ABŞ-la strateji sabitlik üzrə dialoqa hazır olduğunu da bəyan edib: "Ancaq bu, Rusiyanı danışıqlara məcburedilmə cəhdi düşüncəsində olmamalıdır".
Tarix: 1-03-2024, 10:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}