Böyük müharibənin rəsmi anonsu verildi: Avropa savaş hazırlığını elan etdi


Son vaxtlar qlobal müharibənin başlayacağı barədə xəbərlər yayılır. Beynəlxalq mediada bu barədə ardıcıl təhlillər verilir. NATO-Rusiya müharibəsinin başlayacağı ilə bağlı proqnozlar intensivləşir.

Globalinfo.az bildirir ki, Ukrayna müharibəsi konteksində Qərb koalisiyası ilə Rusiya arasında gözlənilən müharibə barədə diqqətçəkən açıqlamalar yayılır.

Artıq bu mövzuda Avropa ölkələrinin, institutlarının rəsmi şəxsləri də açıqlamalar verirlər.

Polşanın baş naziri Donald Tuskun gözlənilən müharibə haqda açıqlaması xüsusi diqqət çəkir.

Baş nazir bildirib ki, dünya ictimaiyyəti yeni müharibə dövrünün gəldiyi faktını qəbul etməlidir. Siyasətçinin sözlərinə görə, Avropa 1945-ci ildən bəri ən ciddi böhranı ilə üzləşib.

D.Tusk Polşanın “Gazeta Wyborcza” nəşrinə müsahibəsində deyib ki, İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən kritik dövrü yaşayırıq. Tuskun sözlərinə görə, növbəti iki il hər şeyi həll edəcək.

“Mən heç kimi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişin bir amili hesab edilmir. Bu realdır və əslində iki ildən çoxdur başlayıb. Bizi indi ən çox narahat edən odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür”, – baş nazir xəbərdarlıq edib.



“Biz yeni dövrün gəlişinə zehni olaraq hazırlaşmalıyıq. Müharibədən əvvəlki dövrləri yaşayırıq. Əsla mübaliğə etmirəm”, – deyə siyasətçi qeyd edib. O, gənclərin müharibəyə hazırlaşmalarını da xüsusilə vurğulayıb.

O, xüsusilə Avropa İttifaqı (Aİ) və Polşanın əsas vəzifəsinin Ukraynanı Rusiyanın işğalından qorumaq, eləcə də Ukraynanın müstəqilliyini qorumaq olduğunu vurğulayıb. Eyni zamanda, onun qiymətləndirməsinə görə, indi Kiyevdə vəziyyət iki il əvvəl, Rusiya işğalının lap əvvəlində olduğundan daha ağırdır.

Baş nazir Avropanın ABŞ-la güclü ittifaq qurmasının önəmini qeyd etməklə yanaşı, Aİ-nin hər şeydə yalnız Vaşinqtona arxalanmamalı olduğunu da vurğulayıb. O deyib ki, Aİ müdafiə məsələlərində özünü təmin etməlidir. Eyni zamanda, kimin ABŞ prezidenti olmasından asılı olmayaraq, Amerika ilə əlaqələri inkişaf etdirmək vacibdir.



Donald Tusk, Polşanın Baş naziri

Donald Tusk Avropada önəmli siyasətçidir. O, uzun illər Polşada hakimiyyətdə yüksək vəzifələrdə təmsil olunub. Ekspertlər onun bu açıqlamasının kifayət qədər ciddi mətləblərdən xəbər verdiyini deyirlər. D.Tusk 2014-2019-cu illərdə Avropa Şurasının prezidenti vəzifəsində çalışıb.

Xatırladaq ki, artıq Fransa müharibə hazırlarının başladığını bəyan edib. Fransa Müdafiə Nazirliyinin saytında piyada, kiçik zabit, xüsusi təyinatlıların əsgəri və xüsusi təyinatlıların zabiti kimi ixtisaslar üzrə 200 min fransalının işə qəbulu elan edilib. Bununla yanaşı, saytda xidmətə daxil olarkən miqrantlara üstünlük verildiyi bildirilir.
Tarix: 30-03-2024, 15:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}