Avropa prokurorları Ursula fon der Leyenlə bağlı araşdırmalara başlayıblar

Avropa Komissiyasının rəhbərinin “Pfizer”lə danışıqlar zamanı törətdiyi iddia edilən cinayətlərə dair şübhələr yoxlanılır
Lyej prokurorluğunun nümayəndəsi, aparıcı Avropa prokurorları “Pfizer” əczaçılıq şirkəti ilə danışıqlar zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin törətdiyi iddia edilən cinayətlərə dair şübhələri yoxlayır. Əməliyyatın dəyəri 20 milyard avrodur.
AYNA “Politico”ya istinadən bildirir ki, bu barədə Lyej prokurorluğunun nümayəndəsi məlumat verib.
Avropa Dövlət Prokurorluğunun müstəntiqləri son aylarda fon der Leyeni “dövlət funksiyalarına müdaxilə, mətn mesajlarının (SMS) məhv edilməsi, korrupsiya və maraqların toqquşması” ilə bağlı araşdırma aparan Belçika prokurorlarını əvəzləyib.
İstintaq ilk olaraq 2023-cü ilin əvvəlində yerli lobbiçi Frederik Baldanın şikayətindən sonra Belçikanın Lyej şəhərindəki məhkəmə orqanları tərəfindən açılıb. Sonradan ona Macarıstan və Polşa hökumətləri də qoşulub.
Baldanın şikayəti fon der Leyen və əczaçılıq şirkəti “Pfizer”in baş direktoru Albert Bourla arasında mətn mesajı mübadiləsi ilə əlaqədardır.
“Politico” yazır ki, bu, koronavirus pandemiyasının ortasında Aİ-nin ən böyük peyvənd razılaşmasından əvvəl baş verib.
İki liderin sövdələşmənin şərtlərini müzakirə edərkən mübadilə baş verdiyini ilk dəfə yazan “New York Times” Komissiyaya qarşı paralel iddia ilə çıxış edib.
Avropa Komissiyası indiyədək mətn mesajlarının məzmununu açıqlamaqdan və hətta onların mövcudluğunu təsdiqləməkdən imtina edib.
2021-ci ildə koronavirus pandemiyası zamanı bağlanan müqavilə əvvəlcə fon der Leyen üçün uğur kimi qiymətləndirildi. Sonradan məlum olub ki, 4 milyard avro dəyərində vaksinlər heç vaxt istifadə edilməyib.
Tarix: 2-04-2024, 13:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}