Ukrayna Krımda xüsusi əməliyyat keçirib - Enerji obyekti vurulub

bitmap-img6

Ukrayna ordusu işğal altındakı Krım yarımadasında xüsusi əməliyyat keçirib.

“Report” "UNİAN"a istinadən xəbər verir ki, hücumun arxasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi dayanır.

Qeyd olunub ki, əməliyyat çərçivəsində Sevastopolda hərbi obyekti enerji təchizatı ilə təmin edən infrastruktur sıradan çıxarılıb.

Bundan sonra Sevastopolun bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Tarix: 2-04-2024, 23:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}