KREML İSTƏYİNƏ NAİL OLDU... - “Qisas almaq üçün orduya qatılanlar çoxalıb”


Kreml martın 22-də “Crocus Sity Hall”-da baş verən dəhşətli terror aktından, gözlənildiyi kimi, öz siyasi və təbliğat maraqları üçün istifadə etməkdədir. İŞİD terror qruplaşmasının bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməsinə baxmayaraq, Moskva rəsmi Kiyevi və Ukraynadakı “neonosistləri” günahlandırmaqda davam edir.
“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi “Crocus Sity Hall”-dakı terror aktından sonra orduya guya könüllü olaraq, müqavilə əsasında qatılmaq istəyənlərin sayının xeyli artdığı barədə rəsmi məlumat yayıb. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, son bir həftədə müqavilə ilə xidmət etmək istəyənlərin sayı artıb. İdarədən verilən məlumata görə, ilin əvvəlindən 100 mindən çox rusiyalı müqaviləli xidmətə daxil olub.
Müdafiə Nazirliyi iddia edir ki, orduya qatılanların əksəriyyəti müqavilə əsasında xidmət etmək niyyətini “Crocus”da terror aktı qurbanlarının “qisasını almaq istəyi ilə” əsaslandırıb: “Ötən həftə Rusiya şəhərlərindəki seçim məntəqələrində aparılan müsahibələr zamanı əksər namizədlər müqavilə bağlamağın əsas motivi kimi 2024-cü il martın 22-də Moskva vilayətində baş vermiş faciədə həlak olanların qisasını almaq istəyini göstəriblər”.
Beləliklə də əksər mütəxəssislərin proqnozları özünü doğruldur və Kreml doğrudan da xeyli qaranlıq tərəfləri olan bu terror aktını Rusiyada Ukraynaya qarşı nifrəti daha da artırmaq və gələcək səfərbərlik üçün əsas yaratmaq məqəsədilə istifadə edir.
Tarix: 3-04-2024, 13:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}