Rusiya qoşunu Ermənistana girdi

 
"Rusiya sülhməramlılarının maşın karvanı Qarabağı tərk edərək, bir müddət əvvəl Laçın dəhlizindən keçərək Gorusa yollanıb".

Musavat.com xəbər verir ki, barədə "Telegram"ın Ermənistan seqmentində yazılıb və müvafiq video paylaşılıb.

Məlumatda vurğulanır ki, Rusiyanın “Ural” və “KAMAZ” markalı yük maşınlarını erməni hərbi polis maşını müşayiət edib.
Rusiya sülhməramlılarının Gorusdan sonrakı hərəkət istiqaməti Ermənistan mediasına bəlli deyil.

Ermənistanın çox məşhur "Telegram" kanallarından biri (rus dilində yayınlanır) yazır: "Əvvəllər müxtəlif şəraitdə Laçın dəhlizi boyu kiçik qruplar və Rusiya hərbi qulluqçularının karvanları şəklində kadr dəyişiklikləri həyata keçirilirdisə, indi bunun əhəmiyyəti yoxdur. Ona görə də biz hakimiyyətdən tələb edirik ki, bu karvanı hava limanına qədər ciddi şəkildə izləsinlər və Ermənistandan bütün gediş prosesinə nəzarət etsinlər ki, bu karvandan heç kim və heç nə Ermənistan Respublikası ərazisində qalmasın. Vətəndaşlardan ayıq-sayıq olmalarını və bunların haradasa kök salmalarına imkan verməmələrini xahiş edirik".
Tarix: 22-04-2024, 22:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}