Baş prokurorluq Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı MTX-yə təqdimat göndərib


Anna Vardapetyan: “Yalnız yoxlamadan sonra cinayət işinin açılması müzakirə ediləcək”
Ermənistanın Baş prokurorluğu Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə (MTX) təqdimat göndərib.
Bu barədə mayın 3-də Baş prokuror Anna Vardapetyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müraciətdə müəyyən sənədlər, o cümlədən həqiqiliyi yoxlanılmalı olan əmlak haqqında arayışların surətləri olub:
Biz hər şeyi MTN-ə göndərmişik ki, lazımi əməliyyat yoxlamasının nəticələrini icraata başlamaq üçün təqdim etsinlər. Yalnız yoxlamadan sonra cinayət işinin açılması müzakirə ediləcək”.
Anna Vardapetyan. Foto: screenshot “news.am”
Ermənistan mediası yazır ki, bir müddət əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Naqapetyan Ermənistanın Baş Prokurorluğuna Nikol Paşinyanın ölkənin suveren ərazilərinin və yaşayış məntəqələrinin Azərbaycana təhvil verilməsi prosesinin başlanması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdilər.
Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb və həmin kəndlərdən demarkasiya işlərinə başlanacağı bildirilib.
Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.


Tarix: 4-05-2024, 17:46
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}