Samir Şərifova işçisindən növbəti bir zərbə

Samir Şərifova işçisindən növbəti bir zərbə Bu günlərdə Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdarəsi Beyləqan rayon Yeni Mil Ərazi Nümayəndəliyində 8 ilin maliyyə yoxlamalarını aparıb.

Bu əsnada mənbənin Sonolay.org-a verdiyi məlumlatlarda qeyd olunur ki, aparıla yoxlamalar zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb ki, həmin aşkarlanmış nöqsanlar heç də qabardılmayıb. Əksinə, ört-bastır edilib. Mənbəmiz iddia edir ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdrarsinin təftiş komissiyası yoxlamalar zamanı aşkarlamış nöqsanların üzərini ört-bastır etməsi üçün icra nümayəndəsindən 15.000 min manat haqq tələb edib.


Haqq tələb etmələri bir yana , az qala icra nümayəndəsi canından da olacaqmış.

Bizə verilən məlumatlarda məsələnin ilginc tərəfi ondan ibarətdir ki, icra nümayəndəsi tələb olunan pulu vaxtında, lazımı ünvana çatdırması üçün 11.01.2017-ci il tarixində Ağcabədi rayonuna (Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdrarsinə) gedərkən yolda avtoqəzaya düşərək xəsarət alıb. Hazırda icra nümayəndəsinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Sonolay.org xəbər verir ki, Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə İdrarsinin apardığı yoxlamalar zamanı belə hallara yol verməsi heç də birinci hal deyil. 2016-cı ilin may ayında Regional Maliyyə İdarəsi Ağcabədi rayon məktəblərində apardığı maliyyə yoxlamaları zamanı ortaya ciddi korrupsiya hüquqpozmalarına yol verilməsi fakti aşkar edilmişdir. Lakin ilk başdan 10 saylı Regional Maliyyə İdrarsi aşkarlanmış nöqsanları ört-bastır etməyə çalışmışdır. Sonolay.org saytı olaraq Agcabədi məktəblərindəki ciddi korrupsiya hallarının ortaya çıxması redaksiyamız tərəfindən ictimailəşdiyindən və aidiyyəti qrumlara göndərildiyindən 10 saylı Regional Maliyyə İdarəsi faktı gizlədə bilməmiş və nəticədə 897 min manat dövlət vəsaitinin mənimsənilməsi faktı aşkar edilmişdir. Faktla bağlı Təhsil Şöbəsinin müdiri Mehdi Əhmədov vəzifəsindən çıxarılaraq barəsində Korrupsiyaya qarşı Mübaqizə Baş İdarəsində cinayət işi açılmışdır.

Bizi izləyin! Mövzuya qayıdacağıq...
Tarix: 13-01-2017, 23:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}