Yardımlıda "fındıq əməliyyatı": Başçı "yığıma" başladı

Yardımlıda "fındıq əməliyyatı": Başçı "yığıma" başladı Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov idarə və təşkilatlarda çalışan şəxslərin 1 aylıq əmək haqlarına əl qoyub.

Belə bir iddia ilə bağlı yayılan məlumata görə, bu günlərdə Ayaz Əsgərovun tapşırığı əsasında idarə və müəssisə rəhbərlərinə bildirilib ki, işçilərin bir aylıq vəzifə maaşlarından və ya birdəfəlik mükafatlarından pul tutulsun.

"Belə bir tapşırığın guya Prezident Administrasiyasından gəldiyini bildirən icra hakimiyyətinin rəsmiləri bildiriblər ki, yığılan pula fındıq tingləri alınacaq. Guya fındıq bağları salmaq istəyirlər. Üstəlik belə bir şərt qoyulub ki, pulu verməyən işçilər işdən azad olunacaq. Hər kəsi qorxudurlar ki, bu tapşırığa ciddi əməl olunmalıdır" - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, rayonda təhsil, səhiyyə mədəniyyət işçilərinin hər birindən artıq 43 manatdan pul yığımına start verilib. Bu hələ hamsı deyil. Kənd icra nümayəndələrinə tapşırılıb ki, pul yığın, əks təqdirdə 4000 min manatı öz cibinizdən verəcəksiniz. Və pulu verməyən şəxsin adını qeyd edin ki, işdən qovmaq üçün əsas olsun. İcra nümayəndələri dövlət müəssisələrindən çalışan şəxslərin qapısına kənd sakinlərindən göndərib pulu tələb edir.

Şikayət edənlər pul yığılması ilə bağlı tapşırığın doğrudan da Administrasiyadan gəldiyinə inanmır və faktın işıqlandırılmasını istəyirlər. Vətəndaşlar bildirir ki, bu, Ayaz Əsgərovun pul yığmaq üçün növbəti bir gedişidir ki, dövlətin adından istifadə edir.(bizimxeber.az)

P.S. AFN olaraq məsələ ilə bağlı mövqe almaq üçün Yardımlı rayon İcra Hakimiyyətinin yardimli-ih.gov.az saytında göstərilən (+99425) 206-10-92 nömrəsinə zəng etsək də telefona cavab verilmədi. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Tarix: 10-02-2017, 08:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}