NİZAMİ MƏMMƏDOV RAYON MƏRKƏZİNİ ANTİSANİTARİYA YUVASINA ÇEVİRİB - FOTOLAR

NİZAMİ MƏMMƏDOV RAYON MƏRKƏZİNİ ANTİSANİTARİYA YUVASINA ÇEVİRİB - FOTOLAR İdarə rəisinin qanunsuz hərəkətlərinə etiraz edənlərə “mənim bu işdə hər hansı günahım yoxdur, sənəd bələdiyyənin, sərəncam icra başçısınındır” –deyərək məsuliyyətin əsasən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdə olduğunu bildirir.

Ayrı – ayrı nazirliklərin və ya dövlət komitələrinin tabeçiliyində olan əyalətdəki müəssissələr gözdən uzaq. Könüldən iraq prinsipi ilə fəaliyyət göstərirlər. Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli Suvarma Sistemləri idarəsi ilə bağlı BakuNews.az daxil olan məlumatda bildirilir ki, müəssisənin rəhbəri Nizami Məmmədov ASC rəhbərliyindəki himayədarına arxalanaraq analoqu olmayan qanunsuz işlərə imza atır. İdarə rəisinin qanunsuz hərəkətlərinə etiraz edənlərə “mənim bu işdə hər hansı günahım yoxdur, sənəd bələdiyyənin, sərəncam icra başçısınındır” deyərək məsuliyyətin əsasən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdə olduğunu bildirir. “Mən əmirə tabeyəm” – deyən Nizami Məmmədovun əməlinin rayonda ezamiyyətdə olarkən bilavasitə şahidi olduq. Belə ki, rayon mərkəzini iki hissəyə ayıran MTS adlı kanalın üzərində müxtəlif təyinatlı obyektlər bir-birinin ardınca inşa edilib. Fəaliyyət göstərən və ya inşa edilməkdə olan müxtəlif təyinatlı obyektlərin olması kanalın içərisində və ətrafında dəhşətli antisanitariya vəziyyəti yaradıb. Rayon mərkəzi sanki zibillyi xatırladır. Kanalın içərisindəki vəziyyət, ətrafa yayılan üfunət iyi bu ərazidə yaşayanların yay-qış iztirablarını göz ğnünə gətirir. Yuxarıda qeyd edildiyi kimi şəhər mərkəzindən keçən həmin kanala İmişli Suvarma Sistemləri idarəsi nəzarət edir. Əslində mövcud duruma şahidlik etdikdən sonra nəzarətin nəyə olunduğu maraqlıdır. Çünki kanalın nəinki mühafizə zolağı, hətta hər iki sahili, üstü belə ayrı – ayrı şəxslərə satılıb. Araşdırmamız zamanı məlum oldu ki, İmişli Suvarma Sistemləri idarəsinin razılığı əsasında, İmişli icra hakimiyyətinin müvafiq qərarını aldıqdan sonra inşa edilən bəzi tikili sahibləri obyektlərinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsinə də nail olublar. Məsələnin ən maraqlı tərəfi isə tikilinin özəlləşdirilməsi üçün İmişli rayon icra hakimiyyəti də, daxil olmaqla, İmişli Suvarma Sistemləri idarəsi və digər qurumlar ərazinin sahəsini necə hesablayıblar?

Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda qeyd etdi ki, “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttəki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gündə deyirəm. Hərkəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir.” Yuxarıda qeyd edilən məsələlər heçdəİmişlinin ucqar kəndində deyil, məhz şəhərin mərkəzindədir. Nədən minlərlə sakini olan bir şəhərin əhalisi hər gün bu biabrçılıqların şahidi olmalıdır? Yay-qışzibil qalaqlarının üstündən keçib, üfunət qoxusunu udmalıdır?

Axı bu məsələyə cavabdeh qurumların rəhbərlərinin hansı öz həyətlərinin və ya xidməti otaqlarının qapısının bu cür ürəkbulandırıcı mənzərəyə açılmasına razı olar? Xatırladaq ki, İmişlidə Əhməd Əhmədzadənin rəhbərlik etdyi Meliorasiyavə Su Təsərrüfatı ASC-yətabe olan Bəhramtəpə Hidroqovşaq idarəsi, Kollektorların İstismarı və Bərpası idarəsi, İmişli Suvarma Sistemləri idarəsi, Mərkəzi Mil – Muğan Qişlaqlarının Su ilə Təminatı idarəsi fəaliyyət göstərir. Əgər buna fəaliyyət demək mümükünsə. Qaldı ki, Nizami Məmmədovun rəhbərlik etdiyi İmişli Suvarma Sistemləri idarəsinin rayon mərkəzini zibiblliyə çevirməsinə, yəqin ki, bu idarə rəisinin hər həftə paytaxtın Balaxanı kəndinə səfərindən sonra oradakı zibil poliqonundan İmişlidə də düzəltmək istəyi yaranıb. Amma unudur ki, hətta villadan baxarkən belə zibilə tamaşa etmək insanın öz zibillərini xatırladır.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adıçəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır.

BakuNews.az

Tarix: 10-02-2017, 17:21
Xəbəri paylaş

Xəbər lenti

{sape_links}{sape_article}