Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR

Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR Qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və bu tipli əyləncə mərkəzlərinin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanları tərəfindən mütəmadi olaraq məqsədyönlü şəkildə kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Siam.az Teleqraf.com-a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yerləşən çay evlərindən birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən obyektdə qumar oyunları təşkil edən Bakı şəhər sakini Əfsun Əhmədli, Xaçmaz rayon sakinləri – Çingiz Balakişiyev, onun qardaşı Balaqardaş, Fərid Şeydayev və Şəhriyar Vələdov saxlanılıblar.

Həmçinin həmin obyektdə qumar oynayan daha 4 vətəndaş müəyyən edilərək barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarına qoyulan pul vəsaiti, uduşlu kuponlar, “poker” oyun kartları, lotoreyada istifadə olunan avadanlıq, eləcə də, iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Siam.azXaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR
Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR
Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR
Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR
Xaçmazda qumarxana aşkarlandı – ƏMƏLİYYAT/FOTOLAR
Tarix: 11-02-2017, 17:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}