Atəş səsləri kəsilməsə də, kəndlərdə normal həyat davam edir - VİDEOREPORTAJ

 Atəş səsləri kəsilməsə də, kəndlərdə normal həyat davam edir - VİDEOREPORTAJ Bir neçə gündür ki, cəbhədə vəziyyət gərginləşib. Azərbaycan ordusu bir neçə istiqamətdə atəşkəsi pozan erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını uğurla alıb. Şiddətli atışmaların baş verdiyi Ağdam istiqamətində də vəziyyət gərgindir. Atəş səsləri səngimir. Bəzi mətbuat orqanları cəbhəyanı kəndlərin sakinlərinin ərazini tərk etdiyini yazır.

Cebhe.info-nun Qarabağ müxbiri Elgün Gəncimsoy Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində yerləşən kəndlərdə olub. Qaradağlı kəndində həyat normal məcrasında davam edir. Müxbirimizin çəkdiyi videogörüntülərdən də aydın olur ki, müharibə şəraiti olsa belə heç kim yaşadığı kəndi tərk etmir. Bu kəndlərdə yaşayış əvvəlki templə davam edir. Əhali düşmən dəyirmanına su tökən üzdəniraq KİV-lərin yaratdığı panikaya uymur, gündəlik həyatına davam edirlər.

Müxbirimizlə söhbətində Qaradağlı sakinləri bildirib ki, ötən ilin aprel hadisələri zamanı kəndə 200-dən çox mərmi düşsə də, əhali kənddən çıxmayıb. Düşmənin budəfəki təxribatları zamanı da Qaradağlı sakinləri öz ev-eşikləri tərk etməyiblər. Azərbaycan ordusunun gücünə inanan sakinlər ümid edirlər ki, düşmən layiqli cəzasını alacaq.

Müxbirimiz Zəngişalı kəndində də olub. Kənd sakinləri Cebhe.info-ya bildirib ki, dövlət qurumları, idarə və müəssisələr normal fəalliyyətini davam etdirir, qocalı, qadınlı, uşaqlı hamı kənddədir.



Elgün Gəncimsoy
Cebhe.info
Tarix: 26-02-2017, 21:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}