Salyan Rayon İcra Hakimiyyətindən rəsmi narazılıq var


      
Salyan Rayon İcra Hakimiyyətindən rəsmi narazılıq var
Teref.az olaraq dəfələrlə Salyan rayonundan şikayəıtlərin artdığı barədə məlumatlar vermişdik. Bu şikayətlərin artmasını elə saytımızın poçtuna gələn məktublardan görmək olar. Həqiqətən Salyan rayonundan şikayətlərin artmasını Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovda öz məqaləsində təsdiq etdi.
Məlum olduğu kimi bir neçə gün əvvəl Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində mühim məqamlara aydınlıq gətirib. Teref.az rəsmi olaraq hazırlanan açıqlamaya istinadən xəbər verir ki, bu barədə rəsmi olaraq bilgilər yayılıb və məqaləni bizdə saytımızda işıqlandırmışıq.

- "2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb”.

Onun sözlərinə görə, dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar.
Teref.az-ın məlumatına görə bu tək Salyan rayonu ilə məhdudlaşmır, məqalədə adları çəkilən Sabunçu, Göyçay, Saatlı, Ucar və sairə rayonlar bu siyahıya daxildirlər. Salyan rayonu və adları çəkilən başqa rayonların icra hakimiyyətləri öz işlərini düzgün qura biulmədiklərindən, vətəndaşların dərdləri ilə maraqlanmadıqlarından yerlərdə narazılıqlar artır. Bu da Prezident İlham Əliyevin həyata keçirtdiyi kursla daban dabana ziddir.
Mediada gedən xəbərlərə görə, Dövlət Başçısının bu günlərdə yaratdığı və İdarə Heyyətinə deputat Zahid Orucun təyin olunduğu Sosial Tədqiqatlar Mərkəzi də məhz bu məqamları araşdırılacaq.
Əldə etdiyimiz məlumata görə narazılıq yaradan icra başçıları yeniləri ilə əvəz ediləcək!
Teref.az
Tarix: 13-02-2019, 22:31
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}