"Pulumuz olmadığına görə..." - ŞİKAYƏT

 Zərdab rayonu Gödəkqobu kənd sakini Musayeva Samirə Rəşid qızı tərəfindən Siam.az-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Bu şikayət ərizəmdə yazıb Azərbaycanın qeyrətli insanlarına bildirirəm ki, bizim ailə yoxsulluq, aclıq və səfalət içində yaşamağa məhkum edilib.Belə ki, böyüyünün 19, ortancılın 14, kiçiyinin isə 8 yaşı olmaqla himayəməzidə 3 uşağımız var.Həyat yoldaşım Yeni Azərbaycan Partiyasının üzvü Musayev Niyaz İsa oğlu heç bir yerdə işləmir.Baxmayaraq ki, onun peşə diplomu var elektirik mantyorudur.

Həyat yoldaşım Niyaz 10 ilə yaxın Zərdab Elektirik Şəbəkəsində elektirik mantyoru vəzifəsində işləyib.Əmək müqaviləsinin vaxtı bitdiyi üçün bir neçə ildi işsiz qalıb. Zərdab rayon Məşğulluq Mərkəzinə müraciət etsəkdə indiyə qədər işlə təmin olunmayıb".

Daha sonra dia.az-a daxil olan müraciətdə qeyd olunur: "Oğlum Romanın görmə qabiliyyəti zəif olduğu üçün hərbi xidmətə yararsız hesab edilib.Romanın görmə qabiliyyətinin 0.5 % olmasını 16 yaşı olan zaman hərbi həkim komissiyasından müayinədən keçəndə bildik.Müayinə həkimi bildirdi ki, göz damarı anadan gəlmə yatıb bunu siz bilməmisiniz, müalicəsi mümkün deyil. Bundan sonra ona əlillik dərəcəsi təyin edilidi və 2 il əlilliyə görə 80 manat təqaüd aldıq. 2019-cu il tarixdə həqiqi hərbi xidmətə göndərilmək üçün həkim komissiyasından keçən zaman Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində həkimə verməyə pulumuz olmadı üçün oğlum Romana görmə qabiliyyətini qanunsuz olaraq saxtakarlıqla 0,9 % yazdılar.

Buna görə ona təyin olunmuş əlillik dərəcəsi ləğv edildi.Ancaq əslində isə Romanın görmə qabiliyyəti 2016-cı il tarixdə olduğundanda pis görür. Bundan sonra biz 18 fevral 2019-cu il tarixdə Şəki şəhərində yerləşən xəstəxanada oğlum Romanın gözlərini müayinə etdirdikdə subut olundu ki, onun görmə qabiliyyəti 0,5 % dir.Buda onu tam subut etdiki Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində həkim oğlum Romanın görmə qabiliyyətini qanunsuz olaraq 0,9 % olmasına dair saxta rəy vermişdir.Bu cinayət əməlidir ki, Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzinin saxtakar həkimi etmişdir".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

"Pulumuz olmadığına görə..."
"Pulumuz olmadığına görə..."
"Pulumuz olmadığına görə..."
"Pulumuz olmadığına görə..." 

Tarix: 21-02-2019, 09:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}