İcra başçısı Şəmkiri şəxsi biznes mərkəzinə döndərib

           Alimpaşa Məmmədov rayonda “Paşalıq” etmək iddiasındadır

Ölkədə korrupsiya qurşanmış məmurların zəbt etdikləri kreslonun qüdrəti onların ifşa olunmasını müddətini artırfıqca onlar daha da harınlaşır, daha da sərtləşir. Yazılmış qanunları öz məqsədlərinə uyğun olaraq fırladırlar.

Belə qanun pozuntuları (fırlatmalar) kənd bələdiyyə sədri, inzibati ərazi nümayəndələrindən başlayaraq rayon İcra Hakimiyyəti Başçıları bəzi Nazirlik və komitələrdə də özünü qabarıq formada göstərməkdədir.
Ulu Öndər Heydər Əliyev demişdir: “Mənə məlum olmayan nöqsanları üzə çıxaran hər bir jurnalistə minnətdar olacağam”.
Cənab başçı Alimpaşa Məmmədov da Şəmkirə İcra Hakimiyyətinin başçısı təyin olandan sonra tədricən fəaliyyətini genişləndirərək öz şəxsi biznesini qeyri-qanuni yollarla inkişaf etdirir. Daha doğrusu rayona “Paşalıq” etmək iddiasına düşdü.

Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının qeyri-qanuni əməlləri.

1) Sahibkarların inkişaf fondundan kredit götürərək özü üçün biznes qurub.
2) “Şəmkir Səbəti” bazarını pay torpaqlarında tikib.
3) Çənlibel kəndinin örüş sahəsində maralçılıq yaradıb və camaatın heyvanları ora buraxılmır.
4) Seyfəli su anbarının yanında Su Fond torpağında balıqçılıq yaradıb- torpaq qanunsuz zəbt olunub.
5) Seyfəlidə örüş torpaqlarını məhlə yeri kimi satıb Zəyəm və digər kəndlərdə də belə hallar çoxdur.
6) Kraz yolunun ətrafını satdı.
7) Qaracəmirli kəndinin örüş torpaqlarında özü üçün ferma və quşçuluq tikib.
8) Gəncə -Şəmkir arasında Texniki Peşə Məktəbinin 100 ha torpağını icarəyə verib.
9) Çənlibeldə Qaramoylu meşə zolağını özü üçün ailəvi istirahət mərkəzinə çevirib, əsaslı qanunsuz tikintilər aparıb.
10) Sabirkənddə bələdiyyənin əkinə yararlı sahəsini bazar edib.
11) Hərbi şəhərciyə 8 milyon manat ayrılmış pulun böyük hissəsini yedi. 9-cu DOS-un bütün kombilərini yedi – 50 ədəd.
12) Aqro - Promun möhkəm sağlam binasını 650.000 AZN-ə satdı. Onu söküb yerində şəxsi bina tikdirirlər 30-dan çox təşkilat küçədə qalıb.
13) 8 №-li uşaq bağçasını hərbi şəhərciyə köçürdü. Bağçanın əvvəlki yerini isə satmağa hazırlaşır.
14) 2013-cü ildə regionların inkişafı ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin fərmanı əsasında hərbi şəhərcikdə görülən işlərə 8 milyon manat pul ayrılmışdır. Lakin hərbi şəhərcikdə görülən işlər 5-6 yüz min manatlıq qədər olardı.
15) Prezidentin Fondu tərəfindən hərbi şəhərciyin ərazisində uşaq bağçası tikildi. Həmin bağçaya hərbiçi ailələrindən başqa kənar şəxslərin də uşaqları qəbul olunurdu. Həmin kənar şəxslərin uşaqlarını şəxsən Alimpaşa Məmmədov özü qəbul edir. Burdan belə nəticə çıxarmaq olar ki, cənab başçı Alimpaşa müəllim bağça müdirəsinin səlahiyyətini əlindən alıb özü onun vəzifəsini yetirir. Əhsən belə başçıya!.
16) Hərbi şəhərciyin 8-ci 9-cu binalarının arasında yerə döşəmək üçün istifadəsi üçün nəzərdə tutulan xüsusi hazırlanmış daşları da Alimpaşa müəllimin göstərişi ilə gecə vaxtı maşınlara yığıb apardılar.
Məlumatlı şəxsin bildirdiyinə görə incəsənətə meyilli olan cənab Alimpaşa Məmmədov hərdən bir öz əhval-ruhiyyəsini yüksəltmək, gərginlikdən (stresdən) qurtarmaq üçün bəzi vasitələrdən istifadə etmək bacarığına da malikdir. O, halının yaxşı vaxtında mülayım olur. Hətta onun kabinetdə masanı döyəcləyərək yaxşı ritim tutmaq istedadı da var. Axı o, əmək fəaliyyətinə nağara çalmaq və toylarda tamadalıq etməklə başlamışdır. Ona görə də sənətkar hərdən bir sənətə qayıtmalıdır.
Qarşı tərəf dinləməyə hazırıq və mövqeyini dərc edə bilərik.
 
Bəhlul Orucoğlu
Araşdırmaçı-jurnalist


Azərbaycan yazıçılar və Jurnalistlər birliklərinin Üzvü
“Millətinsəsi.info” müstəqil xəbər saytının bölgə müxbiri,
Qarabağ müharibəsi vetranı,
ehtiyyatda olan ədliyyə-mayoru, şair-publisist.
Tarix: 14-03-2019, 22:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}