Müavini Rafil Hüseynova qarşı ittihamlara belə reaksiya verdi - "Heç bir məlumatım da yoxdu"


Müavini Rafil Hüseynova qarşı ittihamlara belə reaksiya verdi
Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun birinci müavini Nadir Abıyevin səhhəti pisləşib.

Siam.az  xəbər verir ki, bu haqda sonxeber.az-a Nadir Abıyevin özü məlumat verib.

Onun sözlərinə görə, uzun müddətdir xəstəxanada stasionar müalicə alır:

"Mən Masallının başçısı Rafil Hüseynovun barəsində yayılan xəbərlə bağlı heç bir söz deyə bilmərəm. Heç bir məlumatım da yoxdur. Çünki uzun zamandır səhhətimdə ciddi problem var. Və hazırda xəstəxanadayam.

Qeyd edək ki, aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova yerli mətbuata Masallı rayon İcra Hakmiyyətinin başçısı Rafil Hüseynovun oğlunun ildönümündə müğənni Damlanın konsertini təşkil etdiyini bildirib.
 
Tarix: 4-04-2019, 14:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}