Ordenli başçının sanılı günləri qalıb... - İDDİA
Keçən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasovun tezliklə vəzifədən kənarlaşdırılacağı ilə bağlı hazırda yuxarı dairələrdə ciddi müzakirələr aparılır. Bu barədə əldə etdiyi bilgiləri DİA.AZ-la paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı Qusar rayon camaatı ilə normal rəftar edə, sakinlərin problemlərini yoluna qoya və ən əsası da ölkə başçısının müvafiq tapşırıqlarını lazımı səviyyədə icra edə bilmir və son zamanlar Qusardan artan şikayətlər nəhayətdə başçı ilə bağlı qərarın verilməsinə nədən olub.
Mənbə dia.az-a bildirir: «Artıq Qusar rayon sakinlərinin səbri tükənmək üzrədir. Odur ki, aidiyyəti qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi işlər görməlidirlər. Yeri gəlmişkən, onu da qeyd edim ki, Şair Alxasov icra başçısı təyin olunduqdan sonra rayon üzrə tenderlərin sayı və məbləği xeyli artmağa başlayıb. Bu isə tamam başqa məqamlardan xəbər verir. Deyilənlərə görə, tenderlər zamanı ayrılmış vəsaitlərin çox az bir hissəsi təyinatı üzrə xərclənir. Belə ki, ayrılmış vəsaitin əsas hissəsi qeyri-müəyyən səmtlərə sərf olunur».
Bu arada qeyd edək ki, Şair Alxasovun əslən Qusar rayonunun Çətkün kəndindən olduğunu, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirdiyini, əmək fəaliyyəti dövründə «Azərelektroterm» İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, «Bərpaçı-A» MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışdığını, 2007-ci ildən isə Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, rayon ərazisində müxtəlif obyektlərə malikdir:
«Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun gəlir qaynaqları arasında restoranlar, istirahət mərkəzləri, fermer təsərrüfatları və böyük supermarketlər var. Bildirilir ki, icra başçısı təyin edilməmişdən əvvəl Şair Alxasov Bakıda biznes fəaliyyəti ilə məşğul olub. Bu səbəbdən də o, indinin özündə də əvvəlki peşəsindən əl çəkməyib. Yəni Qusar Rayon İcra Hakimiyyətinin başçısı olmasına baxmayaraq, hələ də biznes fəaliyyətini davam etdirir».
Əlavə bilgilərimiz olacaq, qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 19-04-2019, 20:15
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Dünən, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
{sape_links}{sape_article}