Lerikdə Prezidentin sərəncamı üzərində "ştat" oyunu... - İDDİA
2016-cı ildə Azərbaycanda baş verən devalvasiyadan sonra aztəminatlı ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması məqsədi ilə dövlət başçısı müvafiq sərəncamlar imzaladı.
Bu sərəncamlara əsasən rayonlarda Kommunal Təsərrüfat, Yaşıllaşdırma, Elektrik və digər İdarələrin bazasında yeni iş yerləri açıldı. Ancaq təəssüflər olsun ki, altında cənab Prezidentin imzası olan, işsiz, kasıb, sosial vəziyyətləri acınacaqlı olan ailələrin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına hesablanmış bu layihə bəzi rayonlarda rəhbər şəxslərin əlavə qazanc mənbələrinə çevrilib.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, məlum sərəncamdan "yararlanan"lardan biri də Lerik rayon İcra Hakimiyyətidir.
Belə ki, əldə etdiyimiz məlumata görə Lerik rayonunda bu ştatların sayı 300-ə çatmışdır. Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun göstərişi ilə onun birinci müavini Cəlil Baxşiyev əlaqədar təşkilatların səlahiyyətlərinə qarışaraq bu işlə şəxsən özü məşğul olur.
İddialara görə, işə götürüləcək insanlardan 1000-1500 manat civarında pul alınır. Bundan əlavə əksər şəxslərin isə sadəcə adlarının rəsmiləşdirildiyi, maaş kartlarının isə rəhbər vəzifədə çalışan şəxslərdə olduğu deyilir.
Qeyd edək ki, bir neçə rayonda bu məsələ ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən yoxlamalar aparılmış və belə hallara yol verənlər barəsində ciddi tədbirlər görülmüşdür. Bu yaxınlarda ölkə mediasında gedən xəbərlərdə Şəmkir rayonunda həbs olunanların olduğu yazılırdı.
Qlobal.az-a verilən məlumata görə bu cür yoxlamaları hər an gözləyən Lerik rayon İcra Hakimiyyəti öz aralarında saxta yoxlama komissiyası yaradaraq işə qəbul etdikləri adamları çağırıb onlardan izahatlar alıb ki, guya onlar gündəlik işə gedir, maaş kartlar onların özlərindədir və əmək haqqını da özləri alırlar.
Məlumatda deyilir ki, bu şəxslərin əksəriyyəti nə qədər maaş aldığını, hansı bankomatdan pul çıxartdıqlarını da bilmirlər. Əgər yuxarı qurumlar Lerik rayonundakı müəssisələrdə qəfil yoxlamalar aparsa, onda hər şey aydın olar. Aydınlaşar ki, gündəlik neçə nəfər işə gəlir. Gəlməyən insanlar niyə gəlmir, onların pullarını kim, nə vaxt, harda bankomat aparatlarından götürüb?
İşsizliyin aradan qaldırılması, layihə əsasında işə yeni cəlb olunma prosesində şəffaflığın təmin olunması Lerik rayon Məşğulluq Mərkəzinin səlahiyyətində olsa da, Mərkəzin direktoru Zəfər İsmayılov rayon İcra Hakimiyyətinin birinci müavini C. Baxşıyevin tapşırıqlarını yerinə yetirir.
Yazıdakı iddialarla bağlı sözügedən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Tarix: 27-05-2019, 09:13
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Dünən, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
{sape_links}{sape_article}