Hərbçimizə işgəncə verən adamı hərbiyə kim qaytardı? - ƏRƏSTUN ORUCLUDAN DAHA SENSASİON AÇIQLAMA



Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclunun “Tərtər işgəncələri” barədə açıqlamaları davam edir.
Gununsesi.info bildirir ki, o, bu dəfə hərçilərimizə amansız işgəncə verənlərdən biri haqda danışıb:

Tərtər cinayətlərində törədilən vəhşiliklərdə adı xüsusi hallanan Sənan Maşıyev hal-hazırda 1-ci ordu korpusunda Hikmət Nəsənovun yanında xidmət edir. İşgəncələrə məruz qalmış kəşfiyyatçı Elnur Fərzəliyev haqlı sual verir: mən xidmətə götürüləndə nəinki ailəmdən kimlərinsə həbsdə olduğunu, hətta Rusiyada yaşadığını belə araşdırırdılar, bəs bunu necə götürüblər?
Maraqlı sualdır, deyilmi? Sənan Maşıyev törətdiyi cinayətlərin ən az hissəsinə görə (törətdiyi qətllər gizlədilib) “cəza” alır, həbs yatır və yenidən hərbi xidmətə qaytarılır və hətta guya döyüşdüyünə görə mükafat da alır. Yaxşı, deyək ki, Hikmət Həsənov qatil və cinayətkar Maşıyevi susmağına və ona (Həsənova) qarşı ifadə vermədiyinə görə qaytarıb xidmətə, bəs Zakir Həsənov hara baxıb?
Müdafiə naziri, digər nazirlik və Baş Qərargah rəsmiləri necə imkan veriblər ki, hərbçilərə işgəncələr verdiyinə görə mühakimə olunmuş manyak-cinayətkar yenidən hərbi xidmətə qayıtsın?
Çox sadə, çünki Maşıyev Hilmət Həsənovun, o isə Nəcməddin Sadıkovun və Zakir Həsənovun cinayətkar əmrlərini icra ediblər.
“Cinayətkar çətə” dediyimizin kiçik bir hissəsi budur”.
Gununsesi.info
Tarix: 4-05-2021, 11:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}