Prezident və nazirlərin olduğu helikopter atəşə tutulub - VİDEO




Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslərin atəşinə məruz qalıb.
Siam.az xəbər verir ki, bu barədə “Semana” jurnalı bildirib.
Qeyd edilir ki, hadisə helikopter Cənubi Amerika respublikasının şərq hissəsində, Norte-de-Santander departamenti üzərində uçuş edərkən olub. Heikopterə altı güllə dəyib. Bu zaman hava maşınında həmçinin milli müdafiə naziri Dieqo Molano və daxili işlər naziri Daniel Palasios da olub. Onlardan heç biri zərər çəkməyib.
Hakimiyyət orqanları araşdırmaya başlayıb.“Report”


Tarix: 26-06-2021, 09:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}