Ərəb rəsmisi: “Körfəz ölkələri Amerikanın “təhlükəsizlik çətirini” tərk etməyə çalışırlar...”

Ərəb rəsmisi: “Körfəz ölkələri Amerikanın “təhlükəsizlik çətirini” tərk etməyə çalışırlar...”
 
 
“Fars körfəzi ölkələrinin liderləri əvvəllər də siyasətlərini yenidən formatlaşdırmaq və yeni ittifaqlar qurmaq barədə düşünürdülər, amma indi daha fəal şəkildə Amerikanın “təhlükəsizlik çətirini” tərk etməyə çalışırlar”.
 
Moderator.az xəbər verir ki, bunu bölgənin yüksək rütbəli bir rəsmisi “The Guardian” qəzetinin müxbirləri ilə söhbətində bildirib. Onun sözlərinə görə, əvvəllər bir-birini düşmən sayan ölkələr arasında artıq danışıqlar gedir.
 
“”Taliban”ın bütün Əfqanıstan üzərində nəzarəti ələ keçirməsi sanki “dağıdıcı bir zəlzələ kimi tezliklə bütün Yaxın Şərqi bürüyəcək”,deyə adının çəkilməməsi şərtilə jurnalistlərlə danışan məmur bildirib. Onun sözlərinə görə, taliblər verdikləri zəmanətlərə baxmayaraq, mahiyyətcə eyni qalıblar, ancaq dünyanın necə qurulduğunu indi daha yaxşı başa düşürlər.
 
Məmurun dediyinə görə, ABŞ-ın Əfqanıstandan tez və xaotik şəkildə çıxması bölgə ölkələrini “Amerikanın qarşıdakı 20 il ərzində onların təhlükəsizliyini təmin edəcəyi ilə bağlı vədinin dəyəri nə oldu” sualı qarşısında qoyur. Əfqanıstandan çəkilmə neftdən asılı olan ABŞ-ın körfəzdəki maraqlarını müdafiə etmək üçün hərbi gücdən istifadə edəcəyini vəd edən köhnə Karter doktrinasını tamamilə pozduğu anlamına gəlirBeləliklə, bundan sonra bölgə ölkələrinin Amerikanın təhlükəsizlik çətirinə güvənməsi problemə çevriləcək.
 
Bundan əlavə, ABŞ bu 20 ildə Əfqanıstanda islamdan öz maraqları üçün istifadə edənlərlə mübarizə apardı, amma nəticədə heç bir uğur əldə etmədiNəşrin həmsöhbətinin fikrincə, indi Qərbi Afrika və Sahel bölgəsindəki liderlər islam ekstremizminin yenidən çiçəklənməsindən qorxacaqlar.
 
ABŞ-ın əməliyyatı səriştəsiz həyata keçirməsi və orada bürokratik çəkişmələrin nə qədər güclü olması anonim məmuru daha çox təəccübləndirib. Onun sözlərinə görə, indi Əfqanıstanı Pakistanın qələbəsi və Çin üçün yeni imkanlar sahəsi kimi qəbul etmək olar və ABŞ bu işdə minimal rol oynayacaq: “Əgər Əfqanıstan uğrunda geosiyasi mübarizə başlayarsa, bunlar bir tərəfdən Pakistan və Çin, digər tərəfdən Hindistan, İran və Rusiya olacaq”.
 
Fars körfəzi ölkələrinin bir çoxu ABŞ-ın neftdən daha az asılı olduğunudaha çox kənarda qalmağa çalışdığını nəzərə alaraq xarici siyasətlərini yenidən nəzərdən keçirməyə başlamışdılar. İndi bu proses daha da sürətlə gedəcək kibu da ittifaqların yenidən formalaşmasına və bəzi tarixi düşmənlərin daha praqmatik əlaqələr qurmağa çalışmasına səbəb olacaq. Ümumiyyətlə, dövlətlər bölgədəki gərginliyi azaltmağa çalışacaqlar.
 
Belə kinəşrin həmsöhbəti gələcəkdə Səudiyyə Ərəbistanı ilə İraneləcə də BƏƏ ilə İran arasında danışıqların gedəcəyini gözləyirObir faktı da qeyd edib kiSəudiyyə Ərəbistanı ilə Rusiya təhlükəsizlik razılaşması imzalayıblarBu da onu göstərir ki, postkarbohidrogen erası başlayır və Körfəz ölkələri öz təhlükəsizlik mənbələrini şaxələndirmək istəyirlər.
 
“Hazırkı hökumətin dövründə İran Səudiyyə Ərəbistanı ilə kəşfiyyat əməkdaşlığı səviyyəsində danışıqlara başlayıb. Bəhreyn hətta İsraillə ittifaq qurmaq haqda düşünür, BƏƏ isə Suriya ilə diplomatik münasibətləri bərpa etdi. Bundan sonra məqsəd bölgəni “qaynar qazana” çevirməkdən xilas etmək olmalıdır”, - deyə “The Guardian”ın həmsöhbəti jurnalistlərə bildirib.
Tarix: 15-09-2021, 21:28
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}