Şəhid Xəyal Aslanovun xatirəsinə inşa edilmiş bulağının açılışı olub - Tərtərdə
27 sentyabr “Anım günü” ərəfəsində 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Xəyal Aslanovun xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş şəhid bulağının açılışı olub.
Tədbirdə şəhidin ailə üzvləri ilə birlikdə Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi, İctimai Birliklərin nümayəndələri, qazilər, müharibə veteranları, şəhidin vaxtilə təhsil aldığı şəhər 5 saylı tam orta məktəbin müəllimləri, Xəyal Aslanovun şəhid olmuş döyüş yoldaşlarının valideynləri, yaxınları, dostları iştirak ediblər.
Şəhid Xəyal Aslanov 1994-cü ildə Tərtərdə anadan olub. Hərbi xidmətini Naxçıvanda yerinə yetirib, sonra gizirlik kursunu bitirib və həyatını hərbiyə bağlayıb. 2016-cı ilin Aprel döyüşlərində Ağdam istiqamətində ön xətdə vuruşub. Sonra isə Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində döyüşüb və bu döyüşlərdə 28 sentyabr 2021-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.
Xəyal Aslanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Xəyalın özündən sonra iki oğlu qalıb. Umud və Uğur...
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhər 5 saylı tam orta məktəbin müəllimi İlham Məmmədov, şəhid ailələri adından şəhid Miqdadin Abduləlimovun, Səbuhi Məcidovun, Ceyhun Xəlilovun valideynləri çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuş oğlullarımızın eləcə də Xəyal Aslanovun döyüş şücaətindən, düşmən üzərində qazanılan Qələbədən, Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışılıb. Qeyd olunub ki, “Dəmir yumruq” əməliyyatı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatıb.
Bu gün biz azad ölkənin azad vətəndaşıyıq. 30 ildən çox işğal altında olan torpaqlarımızda artıq Azərbaycan bayrağı dalğalanır. Zəfər tarixini yazan, bizə bu sevinci yaşadan igidlərimizin xatirəsi həmişə qəlbdlərdə yaşayacaq.
Şəhid Xəyal Aslanovun atası Qüdrət Aslanov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentinə və Birinci vitse-prezidentinə ailələri adından öz minnətdarlığını bildirib.
Sonra 5 saylı tam orta məktəbin şagirdləri şəhidlərə, Vətənə, qəhrəmanlara həsr olunmuş şeirlər söylədilər.
Tarix: 24-09-2021, 10:03
-
Dünən, 15:10
Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Dünən, 15:01
Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ
-
Dünən, 14:54
“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI
-
Dünən, 14:53
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
-
Dünən, 14:07
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Dünən, 12:23
Bakıya göydən kürü yağıb: - İndi isə kilosu 2 min manatadır
-
Dünən, 12:12
“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO
-
Dünən, 09:59
Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
-
Dünən, 09:57
Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?
-
Dünən, 09:56
“Tərbiyəsizlik özünə dövlətdən ikinci evi istəməkdir” - Taleh Yüzbəyovdan Xalq artistlərinə CAVAB
-
Dünən, 09:54
İntihar edən professorun şəxsi həyatı ilə bağlı İLGİNC MƏQAMLAR -VİDEO
-
Dünən, 09:53
Hədəfdə Azərbaycandırsa... - SAVAŞACAĞIQ!!!
-
Dünən, 09:52
Ağ Evdən Kremlə qarşı YENİ HƏMLƏ – Çin və Hindistan Rusiyadan ÜZ ÇEVİRİR?
-
Dünən, 09:50
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur – Yeni faktlar
-
Dünən, 09:49
Aydın Talıbov deputat olmağa hazırlaşır – Rəqabət Məcəlləsi inhisarçı biznesdə təşviş yaradıb
-
Dünən, 09:49
Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...
-
Dünən, 09:48
Keçmiş başçının hospitalından şikayət – Pasientlə “Rela Hospital” arasında nə baş verib?
-
Dünən, 09:48
Narkotik və oğurluq cinayətləri “dəbdədir” - səbəblər
-
Dünən, 09:43
Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət...VİDEO
-
Dünən, 09:40
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
-
Dünən, 09:37
“Rəis dedi ki, heç bir məmur qanunsuz olaraq kiminsə evini sökə bilməz”
-
Dünən, 09:34
Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!
-
Dünən, 09:33
Büdcəyə yenidən baxılacaq?
-
Dünən, 09:31
İvanovun cinayəti və ya “sağ əli” Şoyqunu “bitirdi” - Rüşvət, yoxsa dövlətə xəyanət?
-
24-04-2024, 23:24
Qonşu ölkə panikada: Rəsmən Rusiya ilə savaş hazırlığı başladı
-
24-04-2024, 23:02
Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO
-
24-04-2024, 22:49
Uşaq bağçasında mənimsəmə – Cinayət işi açıldı
-
24-04-2024, 22:47
Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."
-
24-04-2024, 21:50
Büdcədə yüz milyonlarla artıq pul var: Hara xərclənəcək? - "Rəqəmlərə diqqət yetirəndə..."
-
24-04-2024, 18:39
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir – FOTOLAR
{sape_links}{sape_article}