Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...


Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...Foto: Pixabay

Artıq dünya hökumətləri səhiyyə böhranı ilə “savaşmaqdan” yorulub və həyatın əvvəlki qaydaya dönməsi üçün karantin şərtləri yumşaldılır. Dünya iqtisadiyyatının önəmli bir sahəsi olan turizm yenidən asta-asta dirçəlməyə başlayır. Amma gigiyena qaydalarına əməl edilməzsə, istirahətin sonu xəstəxanada bitə bilər. Buna görə səfərə çıxan hər turistin getdiyi ölkənin, şəhərin mehmanxanalarında diqqət etməli olduğu məqamlar var.

İndiki dövrdə otel və mehmanxanalar sanitar qaydalara necə əməl etməli və səyahətə çıxanlar nələrdən ehtiyat etməlidirlər?
Öz adına və müştərisinə hörmət edən otellər üz-üzə təmasları minimuma endirmək üçün qonaqların qəbulu və yola salınması zamanı sənədsiz gediş-gəlişi təmin ediblər. İndi bir çox otellər rəqəmsal xidmətlərdən istifadə etməyə üstünlük veriri , “ Virtual resepşn” ifadəsi onlar üçün artıq yenilik deyil.
Sanitariya baxımından bütün otellərdə, ilk növbədə elementar fiziki sosial məsafə qaydalarına diqqət yetirilir. Otelə daxil olarkən, qonaqların bir-birindən məsafə saxlaya bilməsi üçün qoyulan işarələr və yaradılan şərait diqqət çəkməlidir. Bütün otellərdə giriş zamanı qonaqların temperaturu ölçülməli, baqaj dezinfeksiya edilməlidir.
Bəzi otellərdə dezinfeksiya edən xalılar, bakteriyalara qarşı ultrabənövşəyi hava dezinfeksiyaediciləri, elektrostatik spreylərə rast gəlmək olur. Bəzi otellərdən liftlərdən istifadə üçün yeni qaydalar tərtib edib. Liftlərdən eyni zamanda istifadə edən insan sayına məhdudiyyət qoyulub.
Bir çox otellər yeniliklərə imza atıblar. Məsələn, SPA prosedurlarını , idman alətlərini otaqlara daşıyıblar. Qonaqlar getdikdən sonra otaq bir neçə saat havalandırılmalı və dezinfeksiya edilməlidir.
Bir çox lüks otellərin otaqlarında əşyaların sayı minimuma endirilib. Bundan əlavə, hər oteldə xəstələnən şəxslər üçün ayrıca karantin otaqları hazırlanıb.
Otel seçərkən onun statusu, neçə ulduzlu olması barədə məlumat almaq məsləhətdir. Bu anlamda sosial şəbəkə iştirakçılarının verdikləri rəy önəmli ola bilər.
Azərbaycana gələn turistləri otellərdə hansı qaydalar gözləyir? Azərbaycan Nazirlər Kabineti 2020-ci ilin avqustunda otellərin işləmə qaydalarını təsdiqlədi. Ancaq bu qaydalar hostel, qonaq evləri və s. kimi obyektlərə şamil edilmir. Başqa sözlə, qaydalar kateqoriyasından asılı olmayaraq, otel kimi təqdim edilmiş obyektlərə aid edilir.
Qaydalara görə, otellərdə dezinfeksiya işləri mütəmadi olaraq aparılmalıdır. Eyni zamanda, otaq boşaldıqdan sonra kompleks dizenfeksiya işlərinin aparılması zəruridir. Bütün mehmanxana və otel işçiləri həftədə bir dəfə testdən keçməlidirlər.
Bu qaydaların tələblərinə riayət olunmasına ümumi nəzarət və koordinasiya Dövlət Turizm Agentliyi (GAT) tərəfindən həyata keçirilir.
Yeli qonaqlar otellərə peyvənd pasportu ilə, xarici turistlər əllərindəki test analizləri ilə daxil ola biləcəklər. Qısası, hələlik işimiz də, istirahətimiz də yeni qaydalara uyğun baş tutur.
Tarix: 27-09-2021, 14:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}