İcra başçısı Soyulan kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun 164 şagird yerlik 
Soyulan kənd tam orta məktəbində  mövcud şəraitlə yaxından tanış olub, məktəbin 
pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi 
ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol 
verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb 
olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl 
olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 
günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın 
ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat 
verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş 
şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Siam.az
Tarix: 22-09-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}