Astarada traktorçu: ‘Kasıblar uşağını məktəbə göndərə bilmirlər’

“Traktor yenə sınıb”

Astara rayonunun Suparibağ kənd sakini Rauf Əliyev, deməsinə görə, 25 ildir ki, “Belarus” markalı təkərli traktor sürür. Traktor atasından qalıb, 1987-ci ilin istehsalıdır.
O, ailəsini, əsasən, bu traktorla dolandırdığını bildirir. Əlavə edir ki, indi traktor onu yox, o, traktoru saxlamaq məcburiyyətində qalıb: “İldə üç-dörd dəfə təmir edirəm. Bu ilin may ayında təmir etmişdim. Traktor yenə sınıb. Traktorun işlənmiş hissələrini tapmaq çətindir, həm də bahadır. 850 manat təmirə verdim, bankdan kredit götürdüm. Bank daha mənə pul vermir. Deyir, əvvəlkini qaytar, sonra. Görürəm ki, ildən-ilə ziyana gedirəm, borcum artır. Neçə nəfərdən borc götürmüşəm. O borclar da qalıb. Küçəyə çıxa bilmirəm”.
Sökülmüş traktor
Sökülmüş traktor

“Krediti necə ödəyərəm?”

R.Əliyev sökülmüş traktoru həyətdə saxlayır. Traktorda qaynaq yerləri aydın görünür. Əli ilə traktorun sökülmüş hissələrini göstərib deyir ki, bahadır, ala bilmir: “Bir ədəd təkərin qiyməti 950 manatdır. Haradan gətirim pulu? Traktorun təzəsi 40 min manatdır. Onu kim mənə verər? Tutaq ki, götürdüm. İlin bütün aylarında iş olmur. Kənd təsərrüfatı can verir. Mövsümdən-mövsümə iş tapa bilirəm. Kəndli çalışır ki, xərci az çıxsın, traktorun işini əl ilə görür. Krediti necə ödəyərəm?”.

“Sərhədlər bağlı olmasaydı,…”

O, evini göstərib deyir ki, 10 ildir ev tikir, başa çatdıra bilmir: “Kənddə də işsizlikdir. Gənclər iş dalınca qərib ölkələrə gedirlər. Sərhədlər bağlı olmasaydı, Rusiyaya tanışların yanına gedərdim. Türkiyədə bir il işləmişəm. O vaxtları Türkiyədə iş var idi, bir az pul qazandım”. (2020-ci ildən koronavirus səbəbi ilə ölkənin quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb-red.)
Azadlıq radiosu
Tarix: 22-09-2022, 22:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}