Tərtərin başçısı növbəti qəbul keçirib

Tərtərin başçısı növbəti qəbul keçirib
 Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar
qəbul-görüşü rayonun Buruc kənd İƏD üzrə nümayəndəliyinin Güləbatlı kəndində
keçirilib.
Siam.az xəbər verir ki, qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar
şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri,
ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər
haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-
quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata
keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən,
müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə
dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər
barədə də məlumat verib.
Bildirilib ki, Güləbatlı  kəndinin 245 hektar ərazisi, 97 təsərrüfatı, 402 nəfər əhalisi, 194
hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1
klub, 1 kitabxana, 2 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və
maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 430 baş iribuynuzlu, 408 baş xırdabuynuzlu heyvan, 1970 baş quş, 32 yeşik
arı ailəsi saxlayırlar.
Güləbatlı kəndində son üç ildə pay torpaqlarına gedən su arxları 3,5 km məsafədə
lildən təmizlənib, kəndarası yollar təmizlənib kənar hissələri səliqəyə salınıb, kənd
qəbrsitanlığına gedən yol 1 km məsafədə təmir olunub.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və
digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah
və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı
mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac
olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Kamil Həsənov kəndin elektrik naqillərinin kabelləşdirilməsi və
kəndə əlavə internet xəttinin verilməsi, Lətif Məmmədov kəndə gələn arxın
təmizlənməsi, Müşgünaz Orucova kənd körpələr evi-uşaq bağçasının təmir olunması
və digər məsələlər  ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara
aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına,
şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tərtərin başçısı növbəti qəbul keçirib


Tarix: 24-11-2022, 16:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}