Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Haqverdi Məmmədovun ailəsi ilə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının 
rəhbərləri, YAP rayon Təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri ilə birlikdə rayonun 
Gülabatlı kəndində  birinci Qarabağ müharibəsinin mülki şəhidi Məmmədov Haqverdi Lətif oğlunun 
ailəsi ilə görüşüb, onun problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını 
fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğının 
dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Dövlət 
başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Tərtərdə 
də şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab 
İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.
Tarix: 24-11-2022, 17:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}