İcra başçısı Güləbatlı kənd tam orta məktəbində və körpələr evi-uşaq bağçasında mövcud şəraitlə tanış olub



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 70 şagird yerlik Güləbatlı 
kənd tam orta məktəbində və 35 yerlik Gülabatlı kənd körpələr evi-uşaq bağçasında 
mövcud şəraitlə yaxından tanış olub, pedaqoji və şagird kollektivləri ilə görüşüb, onların 
qayğıları ilə maraqlanıb.

Məktəbdə və məktəbəqədər təhsil müəssisəsində görülmüş işlərlə yaxından tanış olan 
rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin 
dərsdənyayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, 
valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün 
gündəlik gigiyenik qaydalara əməl olunmasını, məktəbəqədər tərbiyə müəssisəsində  hər 
bir uşağa fərdi yanaşma ilə bağlı  tövsiyələrini verib.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən 
müharibəsində Milli Ordunun qazandığı şanlı qələbə və torpaqlarımızın ərazi bütövlüyü 
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında məlumat verib, şəhidlərin qısa, 
ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, 
məktəblilərə təhsildə uğurlar arzulayıb.

Tarix: 24-11-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}