İnanıram ki, Zaur Mikayılov korrupsiyaya qurşanmış Müşfiq Məmmədov barədə tədbir görəcək-ŞİKAYƏT


Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov haqqında  ifşa edici faktlarla Siam.az xəbər portalına müraciət etmişdir. Müraciətdə deyilir:
 
Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur.
Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il  orada taxıl əkirəm.
Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalırı.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik.
Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin  Xeybər adlı  Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə vrilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır.
Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsamda heç bir tədbir görə bilməyiblər.
Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir. 
09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirəcəyi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək.
Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.
Adı işdə özləri Bakı şəhərində olan çoxlu sayda işçilər var ki, aylıq müdir Müfiq Məmmədova haqq verirlər.Həttda staj xatirinə adı işdə maaş kartları Müşfiq Məmmədovun cibində olan işçilərdə çoxdur.
Tarix: 27-11-2022, 23:14
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}