Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 17 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin 
olunma, maddi yardım, sahibkarlıq obyektinin sənədləşdirilməsi, bələdiyyədən əkin üçün icarəyə 
torpaq sahəsinin ayrılması, suvarma suyu ilə təminat, suvarma üçün quraşdırılmış nasosun 
elektrik xəttinə qoşulması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon 
rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun 
çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, 
vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının 
yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və 
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 6-12-2022, 14:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}