“Su olsaydı, əkib-becərib, özümüzü dolandırardıq” – Şəmkir sakinləri – VİDEO


Şəmkir rayon İrmaşlı kəndinin sakinləri deyirlər ki, uzun illərdir kənddə su olmadığından əkib-becərmək çətinləşib. Buna görə də dolanışıq pisləşib. İmkanı olanlar Rusiyaya gedib, kəndlilərin çoxu isə hazırda işsizdir, sakinlər deyirlər.

İrmaşlı camaatı deyir ki, kəndə gələn yolun digər hissəsində onlara məxsus 7 min hektarlıq əkin sahəsi olsa da, susuzluq ucbatından əkib becərə bilmirlər.


Onlar deyirlər ki, əgər su verilsəydi öz sahələrini əkib-becərib, özlərini dolandırardılar.

Sakinlərin sözlərinə görə, illərdir rayon icra hakimiyyətinə, digər qurumlara müraciət etsələr də, onların müraciətlərinə baxan yoxdur.

Şəmkir rayon icra hakimiyyətindən kəndlilərin iddiaları ilə bağlı cavab almaq mümkün olmayıb.

Şəmkir rayon suvarma sistemləri idarəsinin rəis müavini Alim Abbasov BBC Azərbaycancaya bildirib ki, kəndin suvarma və içməli su ilə təmin edilməsi üçün prezident tərəfindən təsdiq edilən layihə 2023-cü ildə icra ediləcək.

Əkin sahələrinin su ilə təminatına gəldikdə isə qurumun rəsmisi deyib ki, su ehtiyatı yağıntının hesabına formalaşır, lakin yağıntı az olduğu üçün həmin sahələrə su vermək qeyri-mümkündür.

Tarix: 6-12-2022, 16:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}