Tərtər Rayon İcra Hakimiyyətində Müstəqim Məmmədovun sədrliyi ilə aparat müşavirəsi keçirilib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun sədrliyi ilə keçirilən 
müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə 
nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Müşvairədə Azərbaycan Respublikası Prezidentinin fərmanı və sərəncamlarının yerinə 
yetirilməsi, Heydər Əliyev ili ilə bağlı Tədbirlər Planının icrasının təmin edilməsi, icra 
nümayəndələri tərəfindən ev təsərrüfatlarının başdan-başa gəzilərək uçot 
məlumatlarının yenilənərək “ev təsərrüfatlarının uçotu sistemi”nə işlənməsi və nöqsan 
və çatışmamazlıqların aradan qaldırılması, vətəndaş müraciətlərinə müvafiq 
qanunvericiliyin tələblərinə  uyğun olaraq operativ surətdə baxılıb, özlərinin iştirakı ilə 
araşdırılaraq vətəndaş məmnunluğunun təmin olunması, şəhid və qazi ailələrinin 
problem və sosial qayğılarının öyrənilib həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, 
şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, yerlərdə səyyar qəbulların təşkili, rayon 
ərazisində aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və şəhərsalma-arxitektura 
tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, növbəti pambıq 
əkini üçün fermerlərlə bağlanmış müqavilələrin vəziyyəti, əkilmiş tut tinglərinin 
becərilməsi, Tərtər şəhərində aparılan yenidənqurma və bütün yaşayış məntəqələrində, 
yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri müzakirə olunub.
Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov,  rayon 
Statistika İdarəsinin rəisi Ədalət Məmmədov çıxış ediblər.
Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qrumların 
rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tarix: 21-01-2023, 16:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}