Novruz bayramı ilə əlaqədar rayon ərazisində yerləşən hərbi hissələrdə silsilə bayram tədbirləri keçirilir


Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 
yerləşən N nömrəli hərbi hissədə bayram tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin 
ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan 
Respublikasının Dövlət Himnini oxuyublar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər 
Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər 
veteranlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və hərbi hissənin şəxsi 
heyəti iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək 
bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli 
xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş 
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən 
missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. 
Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırıb 
ki, torpaqlarımızın ərazi bütövlüyü şəhidlərin qanı bahasına bərpa olundu. Bu gün 
Vətənin keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz 
bəbəyi kimi qoruyurlar. 
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu 
quruculuğu siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi 
altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın 
ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq 
Məmmədov, qazi Amid Paşayev, Tərtər rayon üzrə Təhsil sektorunun müdiri Oqtay 
Sarıkişiyev çıxış edərək əsgər və zabitləri Novruz Bayramı münasibəti ilə təbrik edib, 
onlara xoş arzularını çatdırıb, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar. Qeyd 
olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Heydər Əliyevin siyasi kursu 
möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 
tərəfindən bütün sahələrdə olduğu kimi, Ordu ququculuğu sahəsində də uğurla davam 
etdirilir. 
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün 
mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki, 
əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə 
yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, 
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri qazilərlə birlikdə hərbi hissədə bayram tonqalını alovlandırıb. 
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları verilib, 
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyi tərəfindən onlar üçün 
konsert proqramı təşkil olunub.
Sonda rayon rəhbəri hərbi hissənin xatirə kitabına öz ürək sözlərini yazıb.
Tarix: 17-03-2023, 23:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}