Astarada MƏMUR ÖZBAŞINALIĞI... - Vətəndaş ÇARƏSİZ DURUMDA


Siam.az  bildirir ki, Astara rayonu, Kijəbə kənd sakini Şahverdiyev Xankişi Əziz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, evinə işıq çəkdirmək üçün rüşvət verməyə məcbur edilir:

“Mən, Şahverdiyev Xankişi Əziz oğlu, Astara rayonu, Kijəbə qəsəbəsində oğluma ev tikdirmişəm və bütün sənədlərim doğru-düzgündür. Həmin evə işıq çəkmək üçün Astara rayon işıq idarəsinə və Masallıda olan “ASAN xidmət”ə müraciət etmişik. Bundan sonra Astara işıq idarəsinin Bilal adlı əməkdaşı gəlib baxış keçirdi. Bizə məsləhət gördülər ki, dəmir dirək alın, kabel alın, daha sonra xəbər edin işığınızı çəkəcəyik. Amma həmin gündən 6 ay keçməsinə baxmayaraq, işıq çəkilməyib. Evimizin ətrafı evlərlə əhatədə olsa da, hər evin işığı çəkilib, bizim ev hələ də işıqsızdır.

Dəfələrlə Astara rayon işıq idarəsinə müraciətlər etsək də heç bir nəticə yoxdur. Kobud münasibətlə bizi qovmaqdan betər edirlər.

Lənkəranda yerləşəm regional işıq idarəsinə də getmişik. Oradanda ürəkaçan bir cavab almamışıq. Bizə dedilər ki, Astara Bakı “Azərişıq”a tabedir, biz heç nə edə bilmərik.

Mən başa düşmürəm, “Azərişıq” dövlətindir, ya bəzi məmurların?!”

Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsi idarəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 23-03-2023, 14:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}